Avropada logistika sahəsində böyük satınalama
"Almaniya Dəmir Yolları" (Deutsche Bahn) özünün logistik bölməsi olan "Schenker" şirkətinin Danimarkanın nəqliyyat şirkəti DSV-yə 14,3 milyard avroya satılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Marja.az xəbər verir ki, "Almaniya Dəmir Yolları"nın yaydığı açıqlamada, DSV-nin "Schenker" üçün 14,3 milyard avroluq təklifinin qəbul edildiyi bildirilib.
Lazımi icazələr alındıqdan sonra alışın gələn ilin ikinci rübündə başa çatdırılması gözlənilir.
33 milyard avro borcu olan "Almaniya Dəmir Yolları" ölkədə qatarlarda artan gecikmələr ilə bağlı tənqidlərdən sonra əsas dəmir yolu biznesinə diqqət yetirmək və borcunu azaltmaq üçün ötən il "Schenker"i satışa çıxarmışdı.
Sözügedən alış Danimarka şirkəti tərəfindən edilən ən böyük alış kimi qeydə alınıb.
DSV-də dünya üzrə təxminən 75 min işçi çalışır. Danimarka şirkəti Almaniya şirkətinin alınması ilə Avropadakı fəaliyyətini daha da gücləndirmək istəyir.
Baş ofisi Essendə yerləşən "Schenker"in 130-dan çox ölkədə 72 min 700 işçisi var.
DSV, alışın təxminən 5 milyard avrosunun səhm satışı və borc hesabına maliyyələşdiriləcəyini açıqlayıb.
Almaniyanın Nəqliyyat naziri Volker Wissing açıqlamasında, "Schenker"in satışı bu istiqamətdə əhəmiyyətli bir addımdır" deyərək, "Almaniya Dəmir Yolları"nın əsas işi olan Almaniyada dəmir yolu daşımalarına diqqət yetirməsinin lazım olduğunu" vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























