Bankdan kredit götürərkən hansı məqamlara diqqət edilməlidir?
(®) Kredit götürmək ciddi maliyyə qərarlarından biridir və düzgün planlaşdırılmadıqda gələcəkdə maliyyə çətinliklərinə səbəb ola bilər. Bu qərarı verərkən diqqətli olmaq və hərtərəfli təhlil aparmaq vacibdir. Aşağıda kredit götürərkən diqqət etməli olduğumuz əsas məqamları sizin üçün izah edirik:
1. Maliyyə vəziyyətinizi dəqiq təhlil edin!
Kredit götürmədən öncə öz maliyyə vəziyyətinizi obyektiv şəkildə təhlil etməyiniz vacibdir. Gəlir və xərclərinizi nəzərdən keçirin, mövcud borclarınızı, məcburi ödənişlərinizi də bu təhlilə daxil edin. Əgər borcunuzu ödəyə bilməyəcəyiniz vəziyyət yaranarsa, bu, ciddi maliyyə çətinliklərinə və hətta kredit borcunun gecikdirilməsinə gətirib çıxara bilər. Aylıq gəlirinizin sabit olub-olmadığını və qəfil xərclərə qarşı nə qədər dayanıqlı olduğunuzu yaxşıca düşünün.
2. Müxtəlif kredit şərtlərini müqayisə edin!
Bazar araşdırması aparmaq və müxtəlif kredit təkliflərini müqayisə etmək önəmlidir. Faiz dərəcələri, ödəniş müddətləri və əlavə xərclər baxımından fərqli bankların təkliflərini gözdən keçirin. Daha aşağı faiz dərəcələri və daha uzun ödəniş müddəti, ilkin olaraq, daha rahat görünsə də, uzunmüddətli baxımdan ümumi ödənişləri artıra bilər. Şərtləri dərindən başa düşmək və doğru seçim etmək gələcək maliyyə yükünüzü yüngülləşdirə bilər.
3. Kredit həyat sığortası əldə edin!
Gözlənilməz hadisələr qarşısında özünüzü və ailənizi maliyyə cəhətdən qorumaq üçün "Kredit Həyat Sığortası" əldə etmək mühüm bir addımdır. Bu məhsul ölüm və ya əmək qabiliyyətini itirmə kimi hallarda, kredit borcunuzun ödənilməsini təmin edir. "Kredit Həyat Sığortası" məhsulu ailənizin maliyyə yükünü yüngülləşdirərək, onları borcunuzu ödəmək məcburiyyətindən qoruyur. Kredit müddətində gözlənilməz hadisələrə qarşı bu cür sığorta məhsulundan istifadə edərək, ailənizi maliyyə çətinliyindən qoruya bilərsiniz.
"Kredit Həyat Sığortası" ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://pasha-life.az/products/kredit-h-yat-sigortasi/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















