Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi gözlənilir
Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır.Cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, ilin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaqdır. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcəkdir.
Virğulanıb ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.28% olmaqla (iyulda 6.96%) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Ümumilikdə 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq avqustda tarixi minimumuna enib. Avqustda iş günlərinin 59%-də 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı spred 0.05%-i (həm müsbət, həm də mənfi spred) keçməyib. Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 mln. manat) çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
45 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib



























