Qızılın qiymətində rekord ardınca rekord
Cümə axşamı günü 1,1 faiz artımla bağlandıqdan sonra qızıl yenidən yüksəldi və bütün zamanların rekordunu qırdı.ABŞ Mərkəzi Bankı (FED) pul siyasətini yumşaltmaq dövrünə 0,50 faiz bəndi endirimlə başlamasından sonra qızılın qiyməti yeni rekord həddə çatdıb.
Marja.az xəbər verir ki, həftənin son ticarət günündə qızılın bir unsiyası 2606 dollara satılır. Bakı vaxtı ilə saat 12:24-də qızıl 0,8% bahalaşma ilə 2606,73 dollardan ticarət olunub.
Çərşənbə günü FED-in aqressiv olaraq görülən yarım bəndlik faiz endiriminin ardından qızılın qiyməti 2600 dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.
Qiymətli metal bu il 20 faizdən çox bahalaşıb. Qızılın artım tendensiyasını dəstəkləyən digər amillərə mərkəzi banklardan və Çin istehlakçılarından alışların artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələr daxildir.
Qeyd edək ki, ABŞ-ın beynəlxalq investisiya bankı nəhənglərindən biri olan "Goldman Sachs" qızılın unsiyaslnın qiymətinin gələn ilin əvvəlində 2700 dollara çatacağını proqnozlaşdırdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
9 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 14 d. əvvəl
- 18 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
-
44 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
55 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır



























