AZAL-ın ümumi sərnişin dövriyyəsi 41 faiz artıb
2024-cü ilin 9 ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 5 milyon 725 min sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə (4 milyon 305 min sərnişin) müqayisədə 33% çoxdur.
Aeroportun yaydığı məlumatda bildirilir ki, bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 40 aviaşirkət tərəfindən 80-dən çox istiqamətə ümumilikdə 45 205 reys yerinə yetirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım deməkdir. Genişləndirilən marşrutlar sərnişinlərə daha çox səyahət seçimləri təqdim edərək onların ümumi təcrübələrini təkmilləşdirib.
Beynəlxalq istiqamətlərdə sərnişinlərin 52%-i və ya 2 milyon 680 min nəfəri xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. Ən populyar beynəlxalq istiqamətlər arasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi və Dehli şəhərləri üstünlük təşkil edib. Bu istiqamətlər üzrə ümumilikdə 2 milyon 539 mindən çox sərnişin daşınıb.
2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) ümumi sərnişin dövriyyəsi 41% artaraq 3 milyon 54 min sərnişini keçib. Onlardan 2 milyon 467 mini beynəlxalq marşrutlarla daşınıb.
Naxçıvan istiqaməti isə artan uçuş tezliyinə qarşı sabit tələbat nümayiş olunub. 2024-cü ilin 9 ayında bu marşrut üzrə sərnişin axını cəmi 6% artaraq 567 min nəfərə çatıb. Uçuşların sayı isə həmin dövr ərzində 28% artıb və 2651 reys yerinə yetirilib. Bakı-Naxçıvan istiqamətində hazırda orta hesabla gündəlik 12 reys təşkil olunur ki, bu da sərnişinlər üçün səyahət planlaşdırmasında daha çox çeviklik yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















