EBRD “Bank Respublika”ya böyük məbləğdə “yaşıl kredit” ayırıb - MƏBLƏĞ
Bank Respublika və EBRD Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb.Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün böyük kredit sazişi imzalayıb.
Kredit Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində Kiçik və Orta Müəssisələrin Rəqabət Qabiliyyətinin Təkmilləşdirilməsi və İnklüzivləşdirilməsi Proqramı çərçivəsində verilib.
Müqaviləyə əsasən, beynəlxalq maliyyə institutu Banka 3 il müddətinə Azərbaycan manatı (AZN) ilə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit təqdim edəcək.
Təqdim edilən vəsaitlər ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin (KOB) dəstəklənməsi üçün istifadə olunacaq. Bunlar enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların minimuma endirilməsi və karbon izinin azaldılması layihələridir.
Bu əməkdaşlığın məqsədi Azərbaycanda davamlı inkişafı dəstəkləmək və yaşıl iqtisadiyyata keçidi təşviq etməkdir. Kredit ekoloji layihələrin həyata keçirilməsi, biznes infrastrukturunun təkmilləşdirilməsi və ekoloji cəhətdən məsuliyyətli qərarların qəbuluna yönəlmiş müəssisələrin stimullaşdırılması üçün mühüm mənbə rolunu oynayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























