Bitcoin-in qiyməti rekord yeniləyib - İnvestorlar 90 000 dollarlıq hədəfə diqqət yetirirlər
ABŞ-da keçirilmiş Prezident seçkilərindən sonra kriptovalyutalar bahalaşır. Bitcoin-in qiyməti yeni rekord qıraraq 81 814 dolları görüb. Xüsusilə kriptovalyuta dostu hesab edilən Donald Trampın qazandığı seçkilərdən sonra investorlar Bitcoin və digər kripto aktivlərinin daha çox dəyər qazanacağına inanırlar.
İnvestorlar Bitcoin-in daha da bahalaşacağını gözləyirlər.
Bitcoin-in qiymətinin 90 min dolları keçəcəyini hədəfləyən açıq mövqelər məşhur Deribit törəmə birjasında 2,8 milyard dolları keçib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ı “planetin kriptovalyuta paytaxtı” edəcəyinə söz verib. Onun kriptovalyuta ictimaiyyətinə verdiyi vədlər arasında ABŞ hökuməti tərəfindən saxlanılan 16 milyard dollardan çox Bitcoin aktivləri ilə milli kriptovalyuta ehtiyatının yaradılması və faiz dərəcələrinin aşağı salınması daxildir. Pul siyasətinin yumşaldılması adətən kriptovalyuta qiymətlərinin artmasına səbəb olur. ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən cümə axşamı ardıcıl ikinci dəfə faiz dərəcələrini aşağı salmaqla kriptovalyuta bazarını dolayı yolla dəstəkləyib.
Seçkilərin nəticələri və FED-in faiz endirimi qərarı həftə sonu kriptovalyuta bazarında böyük artıma səbəb olub. Eter son yeddi gündə 30 faiz bahalaşaraq Bitcoin-in artımını üstələyib, Solana-nın bazar dəyəri isə bazar günü 100 milyard dolları keçib. ABŞ-da ticarət edilən Bitcoin ETF-ləri cümə axşamı günü 1,3 milyard dollar xalis daxilolma ilə mart ayında müəyyən edilmiş 1,1 milyard dollarlıq rekordu üstələyib. Spot fondlar son üç ticarət günündə ümumi olaraq 2,3 milyard dollar əlavə ediblər, belə ki, spot bitcoin ETF-lərinin ümumi bazar dəyəri 80 milyard dolları keçdib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 d. əvvəl
Sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
- 2 d. əvvəl
-
-
12 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
23 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
37 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
42 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti





























