Azərbaycanın iri bankı 50 milyon dollarlıq saziş imzaladı
ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı!14 noyabr 2024-cü il tarixində - COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında saziş imzalanıb.
ABB-nin yaydığı məlumatda bildirilir ki, Bankın COP29-dakı pavilyonunda keçirilən imzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan AYİB prezidenti, xanım Odile Renaud-Basso imza atıb.
"50 milyon dollarlıq saziş ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsi məqsədi daşıyır. Belə bir razılaşma sənədi uzunmüddətli fasilədən sonra AYİB-in Azərbaycanın maliyyə bazarlarına kifayət qədər iri məbləğdə investisiya ilə yenidən qayıdışıdır. Bu da, sektora etimadın artmasından, Azərbaycanın bank sektorunda korporativ idarəetmənin inkişafından, eləcə də ABB ilə tərəfdaşlıq perspektivlərinə yüksək inamdan irəli gəlir", - məlumatda bildirlir.
AYİB-lə ticarətin maliyyələşdirilməsi üzrə belə bir tərəfdaşlıq ABB-nin real sektoru maliyyələşdirmək imkanlarını artıracaq. Bankın beynəlxalq əməliyyatlarını dəstəkləyəcək. İdxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərini daha əlçatan edəcək. Xüsusilə kiçik və orta sahibkarların qlobal bazarlarda ticarət imkanlarını genişləndirəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu sazişin ölkəmizdə biznesin dayanıqlı inkişafına, sahibkarlarımızın beynəlxalq ticarətdə davamlı şəkildə iştirakına, dolayısı ilə insanlarımızın rifahına əhəmiyyətli töhfə olduğunu bildirib: “ABB olaraq ətraf mühit və gələcəklə bağlı məsuliyyətimizi öndə tutmaqla bu maliyyə resurslarından daha çox yaşıl iqtisadiyyat yönümlü layihələrin dəstəklənməsində istifadə etməyə çalışacağıq. Saziş çərçivəsində, ilk növbədə, karbon izlərini azaldan və yaşıl ticarət təcrübələrinə sərmayə qoyan layihələr dəstəklənəcək”.
AYİB-in prezidenti xanım Odile Renaud-Basso bildirib: “Biz əminik ki, bu ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq. Eyni zamanda, AYİB ABB-yə yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”.
XXX
13:04 - COP29-un “Maliyyə, İnvestisiya və Ticarət Günü”ndə ABB ilə EBRD (AYİB - Avropa Yenidənqurma və İnkişaf Bankı) arasında 50 milyon dollarlıq saziş imzalanıb.
Marja.az xəbər verir ki, Sazişi ABB-nin İdarə Heyətinin Sədri Abbas İbrahimov və EBRD-nin ölkəmizdə səfərdə olan prezidenti, xanım Odile Renaud-Basso imzalayıblar.
"İmzaladığımız sənəd ölkəmizdə biznesin dayanıqlı inkişafına, sahibkarlarımızın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə imkan yaradacaq.
ABB olaraq ətraf mühit və gələcəklə bağlı məsuliyyətimizi öndə tutaraq saziş çərçivəsində, ilk növbədə, karbon izlərini azaldan və yaşıl təcrübələrə sərmayə qoyan layihələri dəstəkləyəcəyik", - Abbas İbrahimov deyib.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
-
8 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
-
12 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 24 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Ən çox oxunanlar
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı




























