Meta şirkəti Avropada 797 milyon avro cərimələndi
Avropa İttifaqının antiinhisar qaydalarını pozduğu üçün ABŞ-ın Meta şirkəti 797 milyon avro cərimələnib.Avropa Birliyi (AB) Komissiyası “Facebook” və “İnstagram” sosial media platformalarının sahibi “Meta” şirkətini Birliyin antiinhisar qaydalarını pozduğu üçün 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.
Marja.az AB Komissiyasının yaydığı açıqlamaya istinadən xəbər verir ki, "Meta"ya 797 milyon avro məbləğində cərimə, "Facebook Marketplace"i özünəməxsus sosial şəbəkəsi "Facebook"-a inteqrasiya etdiyi və digər onlayn reklam xidməti təminatçılarına ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün Avropa Birliyinin antiinhisar qaydalarını pozduğuna görə tətbiq edilib.
AB Komissiyasının araşdırması müəyyən edib ki, "Meta" bütün Avropa İqtisadi Bölgəsində özünə məxsus sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.
Komissiya qərarında, "Facebook Marketplace"i "Facebook"a inteqrasiya etməklə, bu sosial media platformasından istifadə edən hər kəsin avtomatik olaraq "Facebook Marketplace"ə giriş əldə etdiyini və istəsə də, istəməsə də müntəzəm olaraq "Facebook Marketplace"ə məruz qaldığını qeyd edərək, bunun digər onlayn reklam xidməti təminatçıları üçün ədalətsiz ticarət şəraiti yaratdığını bildirib.
Müvafiq olaraq, "Meta"nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmaması və ya ekvivalent məqsəd və ya təsiri olan hərəkətlərdən çəkinməsi tələb olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























