ABŞ Ədliyyə Nazirliyi: Google şirkəti Chrome brauzerini satmalıdır
ABŞ Ədliyyə Nazirliyi Google-un inhisarçı fəaliyyətinə son qoymaq üçün Chrome brauzerinin satışını və Android əməliyyat sisteminə məhdudiyyətlərin qoyulmasını tövsiyə edib. Google isə bu təklifin istehlakçılara zərər verəcəyini bildirib.ABŞ Ədliyyə Nazirliyi (DoJ) Google-un bazardakı hökmranlığına son qoymaq üçün hazırlanmış 23 səhifəlik sənəddə şirkətin bölünməsini və bəzi mühüm məhsullarının satışını təklif edib. Bu çərçivədə Chrome brauzerinin satışı və Android əməliyyat sisteminə məhdudiyyətlərin qoyulması gündəmdədir.
Marja.az-ın məlumatına görə, Nazirlik bəyan edib ki, bu addımlar Google-un axtarış sistemindəki monopoliyasına son qoyacaq və rəqib axtarış sistemlərinin daha ədalətli rəqabət mühitində fəaliyyət göstərməsinə şərait yaradacaq.
DoJ hüquqşünasları, Chrome-un satışının Google-a istifadəçilərin internetə qoşulduğu mühüm şlüz üzərində nəzarəti itirməsinə imkan verəcəyini qeyd ediblər. Həmçinin bildirilib ki, Android Google-un axtarış sisteminə üstünlük verməyi dayandırmalıdır. Əks halda, Google- Android mobil əməliyyat sistemini də satmalıdır. Nazirlik həmçinin təklif edib ki, axtarış nəticələri müstəqil şəkildə yayılsın və Google rəqib axtarış sistemlərini və süni intellekt təşəbbüslərini dəstəkləmək üçün klik və sorğu məlumatlarını satsın.
Google-dan sərt reaksiya
Google, Keyword bloqunda verdiyi açıqlamada DoJ-nin təklifini "şokedici" adlandırıb və bunun həm istehlakçılara, həm də ABŞ-ın texnologiya liderliyinə zərər verəcəyini iddia edib.
Google-un Qlobal Məsələlər üzrə Prezidenti və Baş Hüquq Mütəxəssisi Kent Uolker deyib: "DoJ amerikalılara və Amerikanın qlobal liderliyinə zərər verəcək radikal müdaxiləçi gündəmi irəli sürməyi seçdi".
Uolker, bu təkliflərin təkcə axtarış sisteminə deyil, istifadəçilərin gündəlik həyatlarında geniş istifadə etdikləri bir çox Google məhsullarına da mənfi təsir göstərəcəyini bildirib.
Google-a qarşı bu proses 2020-ci ildə Ədliyyə Nazirliyi və bir çox ştatlar şirkətin cihaz istehsalçılarına milyardlarla dollar ödəməklə axtarış sistemini defolt etdiyi iddiası ilə məhkəməyə müraciət etdikdən sonra başlayıb. Bu ilin avqustunda federal hakim Amit Mehta Google-un rəqabətsiz qiymətlər tətbiq etməklə axtarış motorları bazarındakı hökmranlığından sui-istifadə edərək monopolist olduğunu müəyyən edib.
Hazırda Google dünya üzrə axtarışların 90 faizindən çoxuna nəzarət edir və gündə təxminən 9 milyard axtarışı emal edir.
Ədliyyə Nazirliyinin Google-ı bölmək təklifləri hakimin qərarına əsaslansa da, gələcək idarəetmə dəyişiklikləri Nazirliyin yanaşmasına təsir göstərə bilər. Google təkliflərə reaksiya verərkən milli təhlükəsizlik riskləri, məlumatların xarici şirkətlərə açıqlanması və dövlətin texnologiyaya müdaxiləsi kimi məsələlərə diqqət çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























