İllik dövriyyəsinin 10%-i qədər cərimələnə bilər - Avropada Amazonla bağlı yeni araşdırma qapıdadır
Amazon öz markalı məhsullarına üstünlük verdiyi iddiası ilə Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktı (DMA) əsasında istintaqla üzləşə bilər. Əgər şirkət günahkar bilinərsə, o, illik qlobal dövriyyəsinin 10%-i qədər cərimələnə bilər.Avropa İttifaqında (Aİ) Amazon-a qarşı onlayn bazarda öz brend məhsullarını təbliğ edib-etməməsi ilə bağlı araşdırma açıla bilər. Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində mümkün olan bu araşdırma, texnologiya nəhənglərini idarə etməyə yönəlmiş qaydalar çərçivəsində qiymətləndiriləcəkdir.
Marja.az "Reuters"ə istinadən xəbər verir ki, məsələdən xəbəri olan mənbələr araşdırmanın 2024-cü ildə başlaya biləcəyini bildirib. Qərarı Aİ-nin rəqabət üzrə yeni rəhbəri Teresa Ribera verəcək.
Gələn ay vəzifəsinin icrasına başlayacaq Ribera Marqret Vestageri əvəz edəcək.
Amazon qlobal dövriyyəsinin 10 faizi qədər cərimələnə bilər
Bildirilir ki, Amazon günahkar bilinərsə, illik qlobal dövriyyəsinin 10 faizi qədər cərimə oluna bilər. Şirkət öz açıqlamasında DMA qaydalarına əməl etdiyini və bu məsələdə Avropa Komissiyası ilə əməkdaşlıq etdiyini vurğulayıb. Amazon xüsusilə iddia edir ki, məhsul sıralama modelləri məhsulların Amazona aid olub-olmamasına görə ayrı-seçkilik etmir.
DMA, böyük texnologiya şirkətlərinin öz platformalarında öz məhsul və xidmətlərini prioritetləşdirməsini qadağan edən və bu şirkətlərə daha böyük şəffaflıq öhdəlikləri qoyan hərtərəfli qaydadır. Amazon-dan başqa Apple, Google və Meta kimi digər texnologiya nəhəngləri də oxşar araşdırmalarla üzləşirlər.
Reuters-in məlumatına görə, Avropa Komissiyası Amazon-un öz brend məhsulları ilə bağlı siyasətini araşdırmaq üçün mart ayında məlumat toplamağa başlayıb. Lakin Komissiya bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Xəbərlə bağlı təfərrüatların ortaya çıxmasından sonra Amazon-un səhmləri 3 faiz ucuzlaşaraq 196,91 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















