Neft qiymətləri atəşkəsdən sonra stabilləşib
İsrail və Hizbullah arasında atəşkəs razılaşmasından sonra geosiyasi risklər azaldığı üçün və OPEC+-nın hasilatı yenidən təxirə salacağına dair işarələr fonunda neft qiymətləri stabilləşib.
Marja xəbər verir ki, həftənin üçüncü ticarət günündə Brent markalı neftin barreli 73 dollardan aşağı düşüb, ABŞ xam nefti isə 68 dolların üzərində ticarət olunub (Bakı vaxtı ilə saat 10:00-a olan məlumat).
OPEC+ bu həftəsonu görüşüb və nümayəndələrə görə, neft hasilatının bərpası bir neçə ay da təxirə salınıb
Amerika Neft İnstitutu ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının 5,9 milyon barrel azaldığını bildirib. Çərşənbə günü hökumət rəqəmləri tərəfindən təsdiqlənərsə, bu, avqust ayından bəri ən böyük azalma olacaq.
İsrail və Hizbullah arasında atəşkəs razılaşması
İsrail ABŞ-ın vasitəçiliyi ilə həftələrlə davam edən danışıqlardan sonra Hizbullah ilə 60 günlük atəşkəs barədə razılığa gəlib.
İsrail və Livan liderləri ilə görüşdən sonra danışan ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Ağ Evdə deyib ki, tərəflər “İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoyacaq” atəşkəsə razılaşıblar. Bayden əlavə edib ki, ABŞ Misir, Qətər və Türkiyə ilə birlikdə İsrail və HƏMAS arasında atəşkəsə nail olmaq üçün yeni təşəbbüslə çıxış edəcəklər. Razılaşma İsraildə bəzi şəxslərin etirazına səbəb olsa da, Bayden razılaşmanı bölgədə daha geniş və davamlı sülhə doğru bir addım kimi qiymətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























