OPEC+ neft hasilatının artırılmasını təxirə salmaq planını müzakirə edir
OPEC+ üzvləri 2025-ci ilin ilk ayları üçün hasilat siyasətini müəyyən etmək üçün bazar günü keçiriləcək iclasdan əvvəl yanvarda başlaması planlaşdırılan neft hasilatının artırılmasını yenidən təxirə salmağı düşünürlər.
Marja xəbər verir ki, Qrup 2024 və 2025-ci illərdə istehsalın azaldılmasını tədricən aradan qaldırmağı planlaşdırırdı. Lakin qlobal neft tələbinin azalması və qrupa daxil olmayan ölkələrin hasilatlarını artması bu planı kölgədə qoyub.
İraq, Səudiyyə Ərəbistanı və Rusiya Bağdadda görüşüb
OPEC+ mənbələrinin məlumatına görə, qrupun əsas üzvləri İraq, Səudiyyə Ərəbistanı və Rusiya çərşənbə axşamı Bağdadda görüşərək hasilat siyasətini müzakirə ediblər. Danışıqlardan sonra yanvarda başlaması planlaşdırılan hasilat artımının daha bir neçə ay təxirə salınmasının gündəmdə olduğu bildirilib.
OPEC+-ın hasilatın artırılmasını ləngitməsi ehtimalı Asiya ticarətinin əvvəlində neft qiymətlərini yüksəltib. ANZ analitikləri bu xəbərin bazarlarda qiymətlərə müsbət təsir etdiyini bildiriblər.
Qərbi Texas xam neft müqavilələri 0,03 faiz artaraq 68,80 dollar/barelə yüksəlib, Brent markalı neft müqavilələri 0,08 faiz artaraq 72,89 dollar/barel olub.
Yaxın Şərqdəki hadisələr qiymətlərə təsir edir
Analitiklərin fikrincə, İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşması neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir. Bununla belə, OPEC+-ın hasilat qərarları ilə bağlı gözləntilər bu təsiri tarazlaşdırıb.
OPEC+ ölkələrinin yekun qərarı bazar günü keçiriləcək iclasda açıqlayacaqları gözlənilir. Bu qərar 2025-ci il üçün neft tələb və təklifi balansında həlledici olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























