Ən son bank, pul-kredit göstəriciləri açıqlandı

Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə pul-kredit göstəriciləri ilə bağlı şərhlər də yer alıb.
Bank sektoru
31 oktyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 180 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25 min 66 (ilin əvvəlindən 6.4% və ya 1497 əməkdaş) nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 697.8 milyon manat, cəmi öhdəlikləri 43 milyard 254.6 milyon manat, balans kapitalı 6 milyard 443.2 milyon manat olmuşdur.
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 milyon manat artaraq 27 milyard 80.5 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 milyard 628.1 milyon manat);
ıı) istehlak kreditləri – 30.6% (8 milyard 277.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 174.6 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.5%-i və ya 34 milyard 373.9 milyon manat. Depozit portfelinin 59.4%-i (20 milyard 404.3 milyon manat) hüquqi şəxslərin, 40.6%-i (13 milyard 969.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 milyard 216.4 milyon manat) milli valyutada, 34%-i (4 milyard 753.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 milyard 314.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9% və ya 72 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 14 milyard 979.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir.
2024-cü ilin yanvar – oktyabr aylarında banklar tərəfindən 913.7 milyon manat xalis mənfəət, 1 milyard 422.4 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
Monetar sektor
Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.6% artaraq 34 milyard 625 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 28.4 milyon manat artaraq 2 milyard 626.5 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 506 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 359 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 139 milyon manatı POS-terminallar, 7.2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5.3%, POS-terminalların sayı 30.5% artmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 11 saat sonra
-
- 9 saat sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
