"Yeni tələblər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır"
Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin inkişaf etdirilməsi maliyyə inklüzivliyinin bir elementi olmaqla əhalinin, kiçik və orta sahibkarların maliyyə resurslarına daha geniş çıxış imkanlarını təmin edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı BOKT-lərin bu rolunun artırılması, eləcə də onların təklif etdiyi kredit məhsullarının əlçatanlığı və şəffaflığının təmin edilməsi üçün öz mandatı çərçivəsində zəruri addımları atmağa davam edir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna 2023-cü ildə edilmiş dəyişiklərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib. Bu dəyişikliklər Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub.
Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib. Belə ki, BOKT-lərdə kredit riskinin idarə edilməsi sisteminin təşkili, kredit riski siyasəti, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib.
Bununla yanaşı, Qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.
Eyni zamanda, Qaydalarda kəmiyyət xarakterli və maliyyə dayanıqlığına təsir göstərən tələblər formalaşdırılmışdır. Qaydalara əsasən yeni yaradılan BOKT-lərdə nizamnamə kapitalına dair tələb 1 milyon manata çatdırılıb, mövcud və yeni BOKT-lərə 1 milyon manat kapital tələbi və öhdəliklərin kapitala nisbəti tələbi müəyyən edilib, ehtiyatların yaradılmasına dair tələblərə yenidən baxılıb.
Qaydalardakı tələblər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirəcəkdir.
Qeyd olunan müvafiq qaydaları aşağıdakı linklər üzərindən nəzərdən keçirmək mümkündür:
Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası
Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
44 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib




























