Dövlət Neft Fondunun valyuta satışı 3 dəfədən çox artıb
Valyuta satışı ilə bağlı açıqlama.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 574,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Marja-ya Fonddan bildirilib.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 174,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda valyuta satışı 3,3 dəfə artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) 6 milyard 494 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində, iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində, 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində, avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində, sentyabr ayında 732,3 milyon dollar məbləğində vəsait satılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
30 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
44 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
49 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti




























