Qlobal ərzaq qiymətləri son 19 ayın ən yüksək səviyyəsindədir
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı qlobal ərzaq qiymətləri indeksi noyabrda 127,5 bənd təşkil edib. Bu son 19 ayın ən yüksək səviyyəsidir.Qobal ərzaq qiymətləri yüksəliş trendindədir. Qlobal ərzaq qiymətləri noyabrda oktyabr ayı ilə müqayisədə 0,5 faiz, ötən ilin noyabr ayı ilə müqayisədə isə 5,7% artıb.
Noyabr ayında bitki yağı qiymətlərinin artması ilə əlaqədar dünya ərzaq qiymətləri 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə qalxıb.
Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi oktyabrdakı 126,9 səviyyəsindən (yenilənmiş göstərici) noyabrda 127,5-ə yüksəlib.
Oktyabr ayında ərzaq qiymətləri indeksi daha əvvəl 127,4 olaraq açıqlanmışdı.
FAO Bitki Yağı Qiymətləri İndeksi noyabr ayında aylıq müqayisədə 7,5 faiz artaraq iki ayda ikinci ən böyük artımını qeyd edib və bir il əvvəlki səviyyədən 32 faiz yüksək olub. Qlobal palma yağı qiymətləri Cənub-Şərqi Asiyada yağan güclü yağışlar səbəbindən istehsalın gözləniləndən aşağı olacağına dair narahatlıqlar səbəbindən daha da artıb. Dünya soya yağı qiymətləri qlobal idxal tələbi ilə yüksəlib, kolza və günəbaxan yağının kotirovkaları da artıb.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi, tam süd tozu üçün qlobal idxal tələbinin bərpası ilə əlaqədar olaraq, noyabr ayında aylıq 0,6 faiz artaraq yüksəliş tendensiyasını davam etdirib. Qərbi Avropada güclü tələb və məhdud ehtiyatlar səbəbindən kərə yağının qiyməti yeni rekord həddə çatıb.
Noyabrda digər alt indekslər düşüb
FAO-nun Taxıl Qiyməti İndeksi əvvəlki illə müqayisədə 2,7 faiz azalıb. Qlobal buğda qiymətləri beynəlxalq idxal tələbinin zəifləməsi və Cənub yarımkürəsində davam edən məhsul yığımı ilə təklifin artması səbəbindən aşağı düşüb. Qarğıdalı qiymətləri sabit qalıb. Bazar rəqabətinin artması, məhsul təzyiqi və valyuta məzənnəsinin dəyişməsi nəticəsində düyü qiymətləri noyabr ayında 4 faiz ucuzlaşıb.
FAO Şəkər Qiymət İndeksi noyabr ayında aylıq 2,4% azalıb. Hindistan və Taylandda əzmə mövsümünün başlaması və son yağışların torpağın nəmliyini yaxşılaşdırdığı Braziliyada gələn il şəkər qamışı məhsulu ilə bağlı narahatlıqların azalması indeksin düşməsinə səbəb olub.
FAO-nun Ət Qiymətləri İndeksi noyabr ayında Avropa İttifaqında donuz ətinin qiymətinin aşağı düşməsi, təklifin bolluğu, qlobal və yerli tələbatdakı durğunluq səbəbindən 0,8 faiz azalıb. Dünya mal-qara və quş ətinin qiymətləri bir qədər azalıb, beynəlxalq mal əti kotirovkaları sabit qalıb, Braziliya ixrac qiymətlərindəki artım Avstraliya qiymətlərindəki azalma ilə kompensasiya edildib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















