BYD qlobal satışlarda Ford və Honda-nı da ötməyə hazırlaşır
BYD 2024-cü ilin 11 ayı ərzində 3 milyon 760 min ədəd avtomobil satıb. Noyabr ayında 506 min 804 ədəd avtomobil satan şirkət, 2024-cü ildə Ford və Honda-nı geridə qoymağa hazırlaşır. Çin avtomobil bazarında 16,2 faiz bazar payına çatan BYD, istehsal gücünü artıraraq və 200 min yeni işçi işə qəbul edərək qiymət rəqabətində lider olub. General Motors Çindəki əməliyyatlarında 5 milyard dollar zərər elan edərkən, BYD xərclərə nəzarət və güclü satışlar ilə qlobal bazarda liderlik etmək üçün Tesla-nı geridə qoymaq üzrə irəliləyir.Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD, noyabr ayı satış məlumatlarının açıqlanması ilə bazar payını daha da artırdığını və illik satış hədəflərini aşaraq qlobal satışlarda Ford və Honda-nı keçməyə doğru getdiyini göstərib. BYD, Çində son aylarda davam edən güclü satışların köməyi ilə, 2024-cü ildə dünya üzrə Honda və Ford avtomobillərindən daha çox omaqla illik 4 milyon ədədə avtomobil satış hədəfini keçmək yolundadır.
BYD bu il istehsal gücünü artıraraq, üçüncü rübdə gəlir baxımından Tesla-nı geridə qoymuşdur.
Marja xəbər verir ki, Çindəki güclü satışlar sayəsində BYD bu ilin 11 ayında 3 milyon 760 min ədəd avtomobil satıb. Təkcə noyabr ayında 506 min 804 avtomobil satan şirkət, illik 4 milyon avtomobil satış hədəfini aşmağa çox yaxındır. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, BYD-nin Çin avtomobil bazarındakı payı oktyabr ayı etibarilə 16,2 faizə yüksəlib. Bu nisbət 2023-cü ildəki 12,5 faizdən əhəmiyyətli artım deməkdir.
Volkswagen-in SAIC və FAW Group ilə birgə müəssisələrinin bazar payı eyni dövrdə 12,5 faiz səviyyəsində qalıb. BYD-nin satış sürəti davam edərsə, şirkətin qarşıdakı 12 ayda 6 milyondan çox avtomobil satacağı və General Motors və Stellantis kimi dünya nəhəngləri ilə bərabər səviyyəyə çatacağı gözlənilir.
2025 hədəfi: 5-6 milyon avtomobil tədarükü
BYD rəhbərliyi ilə görüşdən sonra Citi analitikləri şirkətin 2025-ci il üçün hədəfinin 5-6 milyon ədəd civarında avtomobil satışı olduğunu bildirib. BYD məsələ ilə bağlı şərh verməsə də, şirkətin istehsal gücü ilə bağlı təəccüblü detallar açıqlanıb. BYD avqust və oktyabr ayları arasında 200 000 dədə avtomobil üçün istehsal gücünü artırıb. Həmçinin şirkət nəqliyyat vasitələri və ehtiyat hissələri istehsal etmək üçün əlavə 200 nəfəri işçi işə götürüb. 2023-cü ilin sonunda şirkətin ümumi işçilərinin sayı təxminən 703 min 500 nəfər olduğu halda, sentyabr ayında 1 milyon nəfərə yaxın olub.
BYD-nin sürətli böyüməsi ona xərcləri idarə etməyə və Çindəki gərgin qiymət rəqabətində üstünlük əldə etməyə kömək edib. Şirkət onlarla təchizatçısından qiymət endirimi tələb etməklə xərclərini azalda bilib. Dövlət mediası xəbər verir ki, BYD-nin strategiyası rəqiblərini üstələməkdə təsirli olub.
Xarici istehsalçılar çətinliklərlə üzləşirlər
Xarici istehsalçıların Çində elektromobil bazarında problemləri dərinləşir. General Motors Çindəki əməliyyatlarının yenidən qurulması və müştərək müəssisənin dəyərinin itirilməsi səbəbindən 5 milyard dollardan çox zərər edəcəyini açıqlayıb. GM-in Çində satışlarının azalmasını yerli rəqiblərin artan təzyiqilə əlaqələndirib.
Qlobal elektrik avtomobil bazarında dəyişiklik
Qlobal elektrik avtomobil bazarı 2023-cü ildə sürətli böyümə qeydə alaraq ümumi satışların 14 faizinə çatıb və 10 milyon ədəddən çox elektrikli avtomobil satılıb. Bu artım Tesla və BYD kimi istehsalçıların inkişafından qaynaqlanır. Strategy&-nin araşdırmasına görə, BYD təkcə Çin bazarında güclü iştirakı ilə deyil, həm də beynəlxalq genişlənmə strategiyaları ilə diqqət çəkir.
Bazardakı bu genişlənmə istehsalçılar arasında kəskin qiymət rəqabətinə səbəb olub. Xüsusilə Tesla və BYD aqressiv qiymət endirimləri edərək Çin bazarında liderlik uğrunda mübarizələrini davam etdirirlər. Tesla-nın Model Y üçün təklif etdiyi endirimlər BYD-nin müxtəlif modellərində qiymət endirimləri ilə uyğunlaşdırılır. Barron's-da yer alan xəbərə görə, bu yarış istehlakçılara daha geniş məhsul çeşidi və münasib qiymətlər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























