ABŞ-ın cari əməliyyatlar hesabında rekord kəsir
ABŞ-ın cari əməliyyatlar hesabının kəsiri 2024-cü ilin iyul-sentyabr dövründə əvvəlki rüblə müqayisədə 13,1% artıb. ABŞ-da cari əməliyyatlar hesabının kəsiri ilin üçüncü rübündə 310,9 milyard dollar təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək səviyyədir (rekord).ABŞ Ticarət Nazirliyi 2024-cü ilin iyul-sentyabr dövrü üçün cari əməliyyatlar balansı məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, ölkənin cari əməliyyatlar hesabının kəsiri bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 13,1% artaraq 310,9 milyard dollara çatıb.
Bu dövrdə rekord səviyyəyə yüksələn cari əməliyyatlar hesabının kəsiri üçün bazar proqnozu 286 milyard dollar idi.
ABŞ-ın cari əməliyyatlar hesabının kəsiri ilin ikinci rübündə 275 milyard dollar olaraq qeydə alınmışdı.
Ölkənin cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti üçüncü rübdə 4,2% təşkil edib, bu dəyər 2022-ci ilin birinci rübündən bəri qeydə alınan ən yüksək göstəricidir.
Cari əməliyyatlar hesabının kəsirinin ölkənin ÜDM-inə nisbəti ilin ikinci rübündə 3,7% təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























