"2025-də qızılın qiyməti 3000 dollar olacaq" proqnozu 2026-cı ilə təxirə salındı
"Goldman Sachs", FED-in daha az faiz dərəcələrini endirəcəyi gözləntiləri ilə qızılın qiymətinə dair proqnozunu 2026-cı ilin ortalarına təxirə salıb.Qlobal investisiya bankı "Goldman Sachs", artıq 2025-ci ilin sonuna qədər bir unsiya qızılın qiymətinin 3 min dollara çatacağını gözləmədiyini açıqlayıb. Bank, ABŞ Mərkəzi Bankının (FED) daha az faiz endirimi edəcəyi gözləntiləri ilə bu proqnozunu 2026-cı ilin ortalarına təxirə salıb.
Marja.az xəbər verir ki, Bankın analitikləra bildiriblər ki, 2025-ci ildə daha yavaş monetar yumşalmanın (faizlərin yavaş-yavaş aşağı salınması) qızıl ilə dəstəklənən birja fondlarına (ETF) tələbi azaldacağı gözlənilir. Bu səbəbdən də 2025-ci ilin sonuna kimi qızılın qiymətinin bir unsiya üçün 2910 dollara çatacağını proqnozlaşdırırlar.
Dekabr ayında ABŞ seçkilərindən sonra azalan qeyri-müəyyənlik səbəbindən qiymətlər sabitləşib. Aşağı spekulyativ tələbi daha yüksək mərkəzi bank alışları kompensasiya edib və bu, son bir neçə ayda qızıl qiymətlərini sabit saxlayıb. Analitiklər qeyd ediblər ki, mərkəzi bankların "iştahı" qızıl qiymətləri üçün əsas amil olmağa davam edəcək. 2026-cı ilin ortalarına qədər mərkəzi bankların aylıq qızıl alışlarının orta hesabla 38 ton olacağını təxmin edilir.
Qızıl keçən il 27 faiz bahalaşaraq ABŞ-da monetar yumşalma (faizlərin aşağı salınması), "təhlükəsiz sığınacaq" tələbi və dünya mərkəzi banklarının davamlı alışları səbəbindən rekord qırıb. Lakin noyabrın əvvəlində Donald Trampın ABŞ seçkilərində qələbəsi dolları bahalaşdırdığı üçün bu prosesi dayanıb. FED rəsmiləri inflyasiya ilə bağlı yeni narahatlıqlar fonunda bu il borclanma xərclərini azaltmaq üçün daha ehtiyatlı yanaşmanın zəruriliyini vurğuladıqları üçün son zamanlarda qızıl təzyiq altında qalıb.
Goldman-ın iqtisadçıları, bu il FED-dən əvvəlki 1 bəndlik proqnoza qarşı bu il 0,75 faiz bəndi faiz endirimi gözləyirlər.Həmçinin iqtisadçılar Donald Trampın ikinci administrasiyası zamanı mümkün siyasət dəyişikliklərinin faiz dərəcələrinin yüksəlməsinə səbəb olacağına şübhə ilə yanaşırlar.
FED rəsmilərinin açıqlamalarından sonra qızılın ucuzlaşması davam edir
Qızıl, FED rəsmilərinin həftə sonu şərhlərində; ABŞ Federal Ehtiyat Sisteminin (mərkəzi bank, FED) bu il faiz dərəcələrinin aşağı salınmasına daha ehtiyatlı yanaşacağını bildirdikləri üçün ucuzlaşır.
FED-in San-Fransisko şöbəsinin rəhbəri Meri Deyli və FED-in İdarə Heyətinin üzvü Adriana Kuqler yüksək inflyasiyaya son qoyulmasının və 2 faizlik hədəfə çatmağın vacibliyini vurğuladıqdan sonra külçə qızılın unsiyası 2633 dollara düşüb (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). Qızıl faiz ödəmir, amma aşağı dərəcələr ümumiyyətlə qızılın xeyrinədir.
Ötən ay FED 2025-ci ildə edəcəyini gözlədiyi faiz endirimlərinin sayını azaldıb. FED sədri Jerome Powell bildirib ki, borclanma xərclərini azaltmaq üçün daha diqqətli olmalıdırlar. Bu, ABŞ-da monetar ekspansiya nəticəsində keçən il rekord qıran və 27 faiz bahalaşan qiymətli metal üçün maneə ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
-
50 d. əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
13 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 13 saat əvvəl
-
14 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
Ən çox oxunanlar
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
























