Hindistan rupisi dollar qarşısında tarixi minimuma düşüb
ABŞ-da güclü məşğulluq məlumatları FED-in faiz dərəcələrini daha da aşağı salacağına dair gözləntiləri azaltdıqdan sonra dollar rupi qarşısında rekord həddə yüksəlib.ABŞ-da güclü məşğulluq məlumatlarının FED-in (ABŞ Mərkəzi Bankı) faiz dərəcələrinin daha da azaldılması gözləntilərini və neft qiymətlərindəki artımın xalis neft idxal edən ölkə ilə bağlı gözləntiləri zəiflətməsindən sonra dollar rupi qarşısında rekord həddə çatıb.
Marja.az xəbər verir ki, rupi bazar ertəsi günü 0,7 faiz ucuzlaşıb və bu, 2023-cü ilin əvvəlindən bəri ən böyük eniş olub. Dollar/Rupi məzənnəsi 86,5575 səviyyəsinə yüksəlib.
Rupi son həftələr ucuzlaşıb. Ölkədə iqtisadi artımın yavaşlaması və xarici kapital axını fonunda rupinin ucuzlaşmasının davam edəcəyi gözlənilir.
“Dollar rupi qarşısında 90-a kimi bahalaşa bilər”
Bu il 1 dolların 90 rupidən yuxarı qalxa biləcəyi gözlənilir. "Standard Chartered" bu yaxınlarda 2025-ci ilin sonuna Dollar/Rupi proqnozunu 85,50-dən 87,75-ə yüksəldib.
ABŞ Rusiya neftinə qarşı yeni sanksiya tətbiq edib. ABŞ-ın sanksiyalarının Rusiyanın Çin və Hindistana neft ixracına mənfi təsir edəcəyi gözlənilir.
Ekspertlər yeni sanksiyaların Rusiyanın neft ixracına ciddi təsir edəcəyini, bunun da Çin və Hindistan kimi dünyanın ən böyük neft idxalçılarının Yaxın Şərq, Afrika və Amerika kimi digər mənbələrdən neft tədarük etməsinə səbəb olacağını bildiriblər. Bu da, qiymətlərin və nəqliyyat xərclərinin artmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























