Avropanın ən böyük pensiya fondlarından biri Tesla-dakı bütün səhmlərini satıb
Hollandiyanın ən böyük pensiya fondlarından biri olan Stichting Pensioenfonds ABP, Tesla-nın Baş Direktoru İlon Maskın maaş paketini və şirkətin iş şəraitini təsdiqləmədiyi üçün Tesla-dakı 2,8 milyon səhmini təxminən 571 milyon avroya (585 milyon dollar) satıb. Tesla-nın Avropadakı satışları azalır. Tesla Model Y 2024-cü ildə Hollandiyada ən çox satılan avtomobil olsa da, Avropada Teslanın yeni avtomobil satışı 2024-cü ilin yanvar-noyabr dövründə əvvəlki ilə nisbətən 15 faizdən çox azalıb.Hollandiyanın ən böyük pensiya fondlarından biri olan Stichting Pensioenfonds ABP, Tesla-nın Baş Direktoru İlon Maskın maaş paketini və şirkətin iş şəraitini təsdiqləmədiyi üçün Tesla-dakı 2,8 milyon səhmini təxminən 571 milyon avroya (585 milyon dollar) satıb.
Marja Business Insider-a istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında satılan 2,8 milyon səhmin dəyəri təxminən 571 milyon avro (585 milyon dollar) olub.
ABP açıqlamasında bu qərarın siyasi səbəbinin olmadığını bildirərək, “Biz hər şeyə sərmayə yatırmağa məcbur deyilik” deyib. ABP, Teslanın 2024-cü ilin iyununda səsverməyə qoyduğu maaş paketinin əleyhinə səs verib.
Avropada tənəzzül
Tesla Model Y 2024-cü ildə Hollandiyada ən çox satılan avtomobil olub. Bununla belə, Tesla-nın Avropadakı satışları azalma tendensiyasındadır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Tesla-nın 2024-cü ilin yanvar-noyabr dövründə avtomobil satışı əvvəlki illə müqayisədə 15 faizdən çox azalıb.
Tesla-nın bazar dəyəri hazırda təxminən 1,27 trilyon dollardır və şirkətin səhmləri son bir ildə 74 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























