"Bank BTB"nin maliyyə vəziyyəti açıqlanıb
"Bank BTB" 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİNDƏKİ ARTIM XƏRCLƏRİNDƏKİ ARTIMDAN 21 DƏFƏ ÇOX OLUB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2024-cü ildə 2023-cü illə müqayisədə 2 milyon 641 min manat və ya 7,6% artaraq 37 milyon 257 min manat təşkil edib. 2023-cü ildə "Bank BTB"nin cəmi əməliyyat gəlirləri 34 milyon 616 min manat təşkil etmişdi.
"Bank BTB"nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ildə 2023-cü illə müqayisədə 124 min manat artaraq 31 milyon 987 min manat təşkil edib. 2023-cü ildə "Bank BTB"nin cəmi əməliyyat xərcləri 31 milyon 863 min manat təşkil etmişdi.
Əməliyyat gəlirlərindəki artım əməliyyat xərclərindəki artımdan 2 milyon 517 min manat çox olduğundan, bankın əməliyyat mənfəəti də bir o qədər də artaraq 5 milyon 270 min manata yüksəlməsini təmin edib.
Ötən il "Bank BTB" 5 milyon 270 min manat əməliyyat mənfəətindən 1 milyon 135 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Həmçinin bankın 4 milyon 973 min manat gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər üzrə xərci olub. Nəticədə "Bank BTB"nin 839 min manatlıq mənfi göstəricisi yaranıb. Qeyd edək ki, mənfi göstərici 2023-cü ildə 2 milyon 779 min manat idi. Ötən il bu göstəricinin 3,3 dəfə azalması diqqəti cəlb edir.
KREDİT PORTFELİ BÖYÜYÜB
31 dekabr 2024-cü il tarixində "Bank BTB" ASC 362 milyon 817 min manat cəmi aktivlərə, o cümlədən 270 milyon 47 min manat cəmi xalis kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2023-cü ilin sonunda 369 milyon 155 min manat cəmi aktivlərə, o cümlədən 268 milyon 610 min manat cəmi xalis kredit portfelinə malik olmuşdu.
Ötən il "Bank BTB"də müştərilərin tələbli depozitləri 2 milyon 426 min manat artaraq 12 milyon 598 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Bank BTB" ASC 51 milyon 87 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 50 milyon 977 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
43 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
47 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır





























