Pakistanın böyük banklarından biri Azərbaycanda mövcudluğunu genişləndirmək istəyir
Pakistanın Azərbaycanda bəzi əməliyyatları olan böyük banklarından biri (adı açıqlanmır) ölkəmizdə mövcudluğunu genişləndirməyi planlaşdırır.
Bunu açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.
Bundan başqa, onun sözlərinə görə, Pakistanın bəzi sığorta şirkətlərinin Azərbaycan bazarı ilə bağlı planları mövcuddur: "PAKAZCHAM "Azərbaycan Sığortaçılar Assosiasiyası" ilə "Pakistan Sığorta Assosiasiyası" arasında əməkdaşlıqda vasitəçidir. Bu tərəfdaşlıq iki ölkənin sığorta şirkətlərinin birgə işləməsi, sərhədlərarası müştəriləri müəyyən etməsi və sərhədlərarası məhsullar hazırlaması üçün imkan yaradacaq, bununla da təkcə hər iki ölkənin sığorta sektorlarını gücləndirməyəcək, həm də Azərbaycan və Pakistan arasında ümumi iqtisadi əməkdaşlığa töhfə verəcək".
"Eyni zamanda "Bakı Fond Birjası" və "Pakistan Fond Birjası" arasında əməkdaşlıq barədə ilkin müzakirələr aparılır. Bu tərəfdaşlıq isə ikili listinq, sərhədlərarası investisiyalar və bilik mübadiləsi üçün əla platforma təmin edə, iki ölkə arasında maliyyə əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirə, iqtisadi artım və inkişaf üçün yeni imkanlar aça bilər", - deyə o qeyd edib.
Bundan başqa, Palata rəhbəri əlavə edib ki, Pakistanda investisiyaların idarə edilməsi sahəsində fəaliyyət göstərən şirkətlər geniş ictimaiyyətə xidmət göstərmək üçün Azərbaycana dəvət edilə bilər: “Bu təşəbbüs yerli kapital bazarını gücləndirməyi, bu sektorda ən yaxşı təcrübədən istifadə edərək strukturlaşdırılmış və idarə olunan platforma vasitəsilə müxtəlif investisiya imkanlarına daha yaxşı çıxış təmin etməyi hədəfləyir. Bu əməkdaşlıq peşəkar investisiya idarəetməsini gətirməklə və ictimaiyyət üçün mövcud olan maliyyə xidmətlərinin çeşidini genişləndirməklə Azərbaycan bazarına əhəmiyyətli fayda verəcək”.
1996-2022-ci illərdə Azərbaycanda Pakistan Milli Bankının Bakı filialı fəaliyyət göstərib. Hazırda filial ləğv prosesindədir. Bundan başqa, Pakistanın "MCB Bank"ı 2009-2019-cu illərdə "MCB Lizinq", 2019-cu ildən bu günə qədər isə "MCB" bank olmayan kredit təşkilatı (BOKT) qismində Azərbaycan bazarında təmsil olunub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
10 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
-
45 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
56 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır




























