Qızılın qiyməti son bir ili ən yüksək səviyyəsi yaxınlığında qalır
Qızılın unsiyasının qiyməti, ABŞ Prezidenti Donald Trumpın, Şimali Koreyanın nüvə sınağının ardınca Cənubi Koreya ilə milyardlarla dollar məbləğində silah satışı məsələsində razılığa gəlməsinin ardından son bir ili ən yüksək səviyyəsi yaxınlığında qalır.
"Marja" xəbər verir ki, Bazar ertəsi günü qızılın qiyməti unsiyası 1339.81 dollara qalxaraq 2016-cı ilin Sentyabr ayından bu yana ən yüksək səviyyəsini görməsinin ardından çox dəyişməyərək, Bakı vaxtı ilə saat 08:30-da 1337 dollar səviyyəsində olub.
Qiyməti metal keçən həftə 2.6 faiz qalxmışdı.
Ağ Evdən verilən məlumata görə, Trump və Cənubi Koreya lideri Mun, əllərindəki bütün imkanlardan istifadə edərək, Şimali Koreya üzərindəki təzyiqi maksimum səviyyəyə çıxarmaq məsələsində razılaşmışdır.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Bazar ertəsi günü Şimali Koreya problemini müzakirə etmək üçün toplanmışdı.
"ABŞ heç vaxt müharibə istəmir, ancaq ölkəmizin səbri də tükənməz deyil",- ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Nikki Haley bildirib.
Bu həftə qızılın unsiyasının qiymətinin 1375 dollaradək qalxacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
8 d. əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
-
-
16 d. əvvəl
“Cisco” ilə Azərbaycanda regional mərkəz və akademiya müzakirə edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
1 saat əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası






























