Moda və kosmetika "imperiyasına" nəzarət edən şəxs 1 gündə 11 milyard dollar itirib
Bernard Arnault, Fransanın holdinq şirkəti LVMH-ın (Moët Hennessy-Louis Vuitton) maliyyə göstəricilərini açıqlamasından sonra bir gündə 11 milyard dollar itirib.
Marja xəbər verir ki, LVMH-nin baş direktoru Bernard Arnault, Forbes hesablamalarına görə, Euronext Paris-də ticarətin açılışından sonra, yanvarın 29-da 11 milyard dollar itirib. Lakin sonra milyarderin itkiləri 10,4 milyard dollara qədər azalıb və onun aktivlərinin dəyəri 188,4 milyard dollar olub.
Arnaultun taleyinə onun "Moët Hennessy - Louis Vuitton" (LVMH) şirkətinin zəif maliyyə nəticələri zərbə vurdu. Sərvət baxımından onu yanvarın 29-da 6 milyard dollar zənginləşdirən və reytinqdə dördüncü yeri tutan Oracle-ın baş direktoru Larri Ellison qabaqlayıb. Forbes onun sərvətini 206,6 milyard dollar qiymətləndirir.
Louis Vuitton və Christian Dior brendlərinin daxil olduğu LVMH-nin əsas bölməsində satışlar 2024-cü ilin dördüncü rübündə 1% azalıb. Bloomberg xəbər verir ki, bu, Yeni il bayramları zamanı alıcılar tərəfindən ciddi tələbat olmadığı üçün baş verib. Bu müddət ərzində şirkətin ümumi gəliri cəmi 1% artıb.
Agentlik qeyd edir ki, bu ayın əvvəlində rəqib Richemont-un müsbət hesabatı nəzərə alınarsa, LVMH-nin bu cür rəqəmləri investorları məyus edib. Fransanın Euronext Paris birjasının məlumatlarına görə, LVMH səhmləri yanvarın 29-da ən aşağı həddə - 6,7% azalaraq 700 avroya qədər düşüb. Bakı vaxtı ilə saat 07:30-da şirkətin səhmləri 5 faiz ucuzlaşma ilə 713 dollardan ticarət olunub.
Bernard Arnault, Louis Vuitton və Sephora da daxil olmaqla 75 moda və kosmetika brendinin daxil olduğu LVMH imperiyasına nəzarət edir.
LVMH, 2021-ci ildə Amerikanın zinət əşyaları şirkəti Tiffany & Co-nu 15,8 milyard dollara satın alıb və bu, indiyə qədərki ən böyük lüks marka alışı olub.
Arnault-un holdinq şirkəti Agache, Netflix və TikTok-un ana şirkəti ByteDance kimi bizneslərə investisiyaları olan vençur kapitalı firması Aglaé Ventures-i dəstəkləyir.
Atası tikintidə kiçik bir sərvət qazanıb. Arnault bu işə 1984-cü ildə Christian Dior-u 15 milyon dollara almaqla başlayıb.
Arnaultun beş övladının hamısı LVMH-də işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















