iPhone satışları azalb
Apple birinci rübün maliyyə nəticələrini açıqlayıb. Şirkət gəlir və gəlirlilik baxımından gözləntiləri aşsa da, iPhone satışlarında proqnozlardan geri qalıb.Apple-ın iPhone modeli 69,1 milyard dollar gəlir gətirib. Bu rəqəm proqnozdan (71 milyard dollar) və 2023-cü ildəki 69,7 milyard dollar səviyyəsindən də bir qədər aşağıdır.ABŞ şirkəti Apple birinci rübün maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Şirkət gəlir və gəlirlilik baxımından proqnozları aşsa da, iPhone satışlarında proqnozlardan geri qalıb.
Apple rüblük mənfəəti hər səhmə görə 2,40 dollar, gəliri isə 124,3 milyard dollar təşkil edib. Analitiklər səhmbaşına 2,35 dollar mənfəət və 124,1 milyard dollar gəlir gözləyirdilər.
iPhone satışları azalıb
Apple-ın iPhone modeli 69,1 milyard dollar gəlir gətirib. Bu rəqəm proqnozdan (71 milyard dollar) və 2023-cü ilin eyni dövründəki 69,7 milyard dollar səviyyəsindən də bir qədər aşağıdır. Şirkətin xidmətlər bölməsi gözləntilərə uyğun olaraq 26,3 milyard dollar gəlir əldə edib. Çində satışlar 18,5 milyard dollar təşkil edib, bu analitiklərin 21,5 milyard dollarlıq proqnozundan aşağıdır
Çin son iki il ərzində Apple üçün problemli bazar olaraq qalır. 2024-cü ildə Şirkətin Çində satışları 8 faiz azalaraq 66,9 milyard dollar olub. 2023-cü ildə 2 faiz azalma olmuşdu. “Apple” şirkəti bu azalmanı Çin yuanının dollar qarşısında zəifləməsi və “iPhone” və “iPad” smartfonlarının zəif satışları ilə əlaqələndirib.
Apple oktyabr ayında "Apple Intelligence" adlı süni intellekti işə salıb. Bununla belə, bu proqram yeniləmələrinin istehlakçıları iPhone 16 seriyasına keçməyə təşviq etməsində gözlənilən təsirə malik olmadığı ilə bağlı narahatlıqlar var. Şirkət il ərzində süni intellekt yeniləmələrini davam etdirərək istifadəçi təcrübəsini təkmilləşdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























