Yeni ticarət həftəsi təlatümlü başladı - Qlobal bazarlarda son vəziyyət
Yeni ticarət həftəsi olduqca təlatümlü başladı. Amerika Birləşmiş Ştatlarıdan Çin, Kanada və Meksikaya tətbiq olunan yeni gömrük rüsmları və sözügedən bu ölkələrin də ABŞ-a misilləmə siyasət tətbiq edəcəyi yönündəki açıqlamalar fonunda birjalar yeni həftəyə “gap” ilə başladı.
Belə ki, EUR/USD, GBP/USD, USD/CAD, AUD/USD məzənnələri müvafiq olaraq 1300 point, 1800 point, 2200 point və 1100 point ucuzlaşıblar. Bitkoin 7790$, eterium və rippl isə hər biri 10% dəyər itirib. Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tarixi maksimumlarını yenilədəkdən sonra, 2775$-a kimi geriləyib.
Cari həftə ərzində bazarların gündəmində cümə axşamı günü İngiltərə Bankının (BoE) növbəti faiz qərarı, cümə günü isə Amerikada əmək bazarı, xüsusilə də NFP hesabatı olacaq.
BoE-nin isə uçot dərəcələrini 4.75%-dən 4.5%-ə endirəcəyi proqnozlaşdırılır.
Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada, Almaniyada, İngiltərədə və Yaponiyada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunacaq.
EUR
Ötən həftəni 1.0370 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə 1.0235 səviyyəsində start verdi və hazırda, 1.0223 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, eləcə də, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və burada qoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Keçən həftəni 1.24$ həddində tamamlasa da, funt-sterlinq də cari həftəyə sərt enişlə başladı və hazırda 1.2260 hədlərində ticarət olunur.
Bu həftə isə İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı, bank sədri Endryu Beylinin çıxışı və PMİ rəqəmləri funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAU/USD
Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tarixi maksimumlarını yenidəkdən sonra, 2775$-a kimi geriləyib.
Hazırda, 2778$-dan təklif olunan “sarı metal”, investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.
Kriptovalyutalar
Prezident Donald Trampın Kanada, Meksika və Çini uzun müddətdir təhdid edilən idxal tarifləri ilə vurmasından sonra kriptovalyutalar riskdən qorunma hissi fonunda ucuzlaşıb.
Bitkoinin qiyməti 91233$a-a kimi düşdü. Hazırda, 93 888$-dan təklif olunan BTC-də eniş tendensiyası davam edərsə, qarşıda duran ən kritik dəstək həddi kimi, 90000$ səviyyəsi durur. Bu hədd qırılarsa, “ayılar” qiyməti 80000$-a kimi endirməyə çalışacaqlar.
20 ən böyük rəqəmsal aktivi bazar dəyərinə görə ölçən “CoinDesk 20” İndeksi 19% ucuzlaşıb. Eter 10.07% ucuzlaşaraq noyabr ayından bəri ən aşağı səviyyəyə enib.
XRP isə 10.40% dəyər itirərək 2.6573$-a qədər ucuzlaşıb. Bu, 9 dekabr 2024-cü ildən bəri ən böyük bir günlük azalmadır.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
7 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
8 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
8 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















