PAŞA Holding-in "Bir" ekosistemi təqdim olundu - Yeni bir dövrün başlanğıcı
"Bir" ekosistemi "Birbank", "m10", "MilliÖn", "Umico.az" və holdinqin birgə müəssisələri olan "BakıKart" və "Trendyol Azərbaycan"ın xidmətlərini bir araya gətirir.7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən "Bir" ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olunub.
Marja.az "Kapital Bank"ın yaydığı məlumata istinadən xəbər verir ki, "Bir" ekosistem "PAŞA Holding" tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir. Ekosistem "Birbank", "m10", "MilliÖn", "Umico.az" və holdinqin birgə müəssisələri olan "BakıKart" və "Trendyol Azərbaycan"ın xidmətlərini bir araya gətirir.
Tədbir "Bir" ekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır.
“Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq” – deyə o çıxışında vurğulayıb.
"Bir" ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan "Birbank", "Umico.az", "m10" və "MilliÖn" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.
Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, "Umico.az"da "Birbank" vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər.
Qeyd edək ki, "Bir" ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Tədbirin sonunda Fərid Məmmədov "Bir" ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir”.
Rəsmi təqdimat mərasimində Bir ekosistemini təşkil edən şirkətlərin – "Birbank", "Umico.az" və "M10", "MilliÖn" Baş icraçı direktorları Fərid Hüseynov, Rauf Qulaməliyev və Samir Məmmədov rəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər.
Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 d. əvvəl
-
11 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
-
- 14 d. əvvəl
- 17 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
22 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
36 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
41 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
1 saat əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı































