Çin bu il təxminən 5% iqtisadi artım hədəfləyir
Çin 2025-ci il üzrə iqtisadi artım hədəfini 5 faiz civarında, büdcə kəsirini isə ümumi daxili məhsulun (ÜDM) təxminən 4 faizi səviyyəsində müəyyən edib.
Marja xəbər verir ki, hədəfləri çərşənbə günü Pekində milli parlamentə hökumətin illik iş hesabatını təqdim edən Baş nazir Li Qiang açıqlayıb. Bu, Çinin iddialı proqnozunu qoruduğu ardıcıl üçüncü ildir.
Büdcə kəsiri/ÜDM nisbəti hədəfi də 30 ildən çox müddətdə ən yüksək səviyyəni qeyd edib. Çin 2025-ci ildə müdafiə xərclərini keçən illə eyni nisbətdə olmaqla 7,2 faiz artırmağı planlaşdırır. Bu hədəflər iqtisadçıların gözləntilərinə paralel səviyyədə açıqlanıb.
ABŞ prezidenti Donald Trampın ölkəyə əlavə 10 faiz tarif tətbiq etməsindən bir gün sonra açıqlanan hədəflər iqtisadiyyatın daha güclü təşviqedici addımlarla dəstəklənəcəyinə dair gözləntiləri artırıb.
"Australia & New Zealand Banking Group"un Çin üzrə Baş iqtisadçısı Raymond Yeung, "Bu, iddialı bir böyümə hədəfidir və bu, səlahiyyətlilərin artımı dəstəkləməli olacağı deməkdir" bildirib.
"Bu rəqəm səlahiyyətlilərin xarici qeyri-müəyyənliklər və ABŞ ilə ticarət gərginliyi fonunda artımı dəstəkləmək əzmini əks etdirir" o əlavə edib.
Bloomberg iqtisadçıları, "Bu məqsədlərə nail olmaq üçün əhəmiyyətli siyasət dəstəyi tələb olunacaq", - deyə bildiriblər.
Hökumətin "orta dərəcədə yumuşaq" pul siyasətini dəstəklədiyini təkrarlayan Li, mərkəzi bankın faiz dərəcələrini aşağı salacağını əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















