Qızılın qiymətində yeni rekord
Qızılın qiyməti ABŞ-ın iqtisadi yavaşlaması və Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqları artıran məlumatların fonunda rekord həddə 3010 dollara çatıb.İqtisadi yavaşlama ilə bağlı narahatlıqları artıran ABŞ-da açıqlanmış məlumatlardan sonra qızılın unsiyasının qiyməti 3000 dolları keçərək tarixi ən yüksək həddinə çatıb. Yaxın Şərqdə artan gərginlik də qiymətli metalın etibarlı "sığınacaq" kimi cəlbediciliyini artırıb.
Marja xəbər verir ki, bazar ertəsi 0,6 faiz bahalaşan qızıl, İsrailin Qəzzadakı Həmas hədəflərinə hərbi zərbələr endirdiyini elan etdikdən sonra çərşənbə axşamı bir qədər də bahalaşıb. Bu addım kövrək atəşkəsi təhdid edir, Fələstin mənbələri Qəzza zolağının müxtəlif hissələrinə çoxsaylı hava zərbələri endirdiyini bildirir.
İnvestorlar ABŞ-da pərakəndə satışların fevral ayında gözləniləndən daha az artdığını göstərən məlumatları da qiymətləndirdilər. Bu, ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazının gəlirliliyinin aşağı düşməsinə səbəb olub və faiz gətirməyən qızıla dəstək verib.
Qızılın unsiyasının qiyməti 3010 dollar səviyyəsinə yaxınlaşıb.
Məlumatlar zəiflik göstərsə də, kəskin azalma əlamətləri göstərməyib və FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı gözləntiləri dəyişməyib. Bununla belə, şirkətlər, investorlar və iqtisadçılar ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibələrinin böyüməsi riski fonunda ehtiyatlı davranırlar.
2024-cü ildə güclü yüksəliş trendində olan qızıl, 2025-ci ilin əvvəlindən bu yana 14 faizdən çox dəyər qazanıb. Son həftələrdə bir çox böyük banklar ilin sonuna qızıl qiymətləri ilə bağlı proqnozlarını yuxarıya doğru yenidən nəzərdən keçiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























