Rəqəmsal musiqi inqilabını başlatan "Napster" 5-ci dəfə əl dəyişdirib: 207 milyon dollara satıldı
Rəqəmsal musiqi inqilabını başlatan, lakin pirat məzmuna görə iflas edən "Napster" 207 milyon dollara satılıb.
Marja xəbər verir ki, 1999-cu ildə qurulduğundan bəri 5-ci dəfə əl dəyişdirən fayl paylaşma pioneri, 3D texnologiya şirkəti "Infinite Reality" tərəfindən satın alınıb. Köhnə hədəflərə çatmağı hədəfləyən texnologiya şirkəti "Napster"i metaverseyə köçürərək virtual konsertlərin, dinləmə yığıncaqlarının və rəqəmsal məhsul satışlarının keçiriləcəyi “yeni musiqi dünyası” qurmağı hədəfləyir.
"Napster" 1999-cu ildə Shawn Fanning və Sean Parker tərəfindən yaradılanda o, istifadəçilərə MP3 fayllarını bir-biri ilə pulsuz paylaşmağa imkan verib. Winamp kimi media pleyerlər vasitəsilə səsləndirilən bu fayllar milyonlarla insana öz kompüterlərində pirat musiqi kolleksiyaları yaratmağa imkan verib.
Ancaq bu yenilikçi model tezliklə səsyazma şirkətləri və sənətçilərin tənqidinə səbəb olub. "Metallica" "Napster"i məhkəməyə verən ilk böyük musiqi qrupu olub. Amerika Səsyazma Sənayesi Assosiasiyası daha sonra hüquqi mübarizəyə qoşulub. Bu məhkəmə prosesləri nəticəsində 2001-ci ildə "Napster" bağlanıb və növbəti il iflas elan edib.
Hüquqi böhranlardan sonra "Napster"in ticarət nişanı əl dəyişdirməyə başlayıb. İflasdan sonra şirkətin aktivləri bir neçə fərqli şirkət tərəfindən satın alınıb. 2016-cı ildən "Napster" lisenziyalı musiqi parçaları təklif edən musiqi axını platformasına çevrilib. Bu gün "Napster" ayda 11 dollara xidmət göstərən, "Spotify" və "Apple Music" kimi nəhəng rəqiblərlə qarşılaşan kiçik, lakin sadiq istifadəçi bazası olan bir platforma kimi fəaliyyət göstərir.
2022-ci ildə blokçeyn şirkəti "Algorand" "Napster"i alıb. Bu alış Web3 texnologiyaları ilə inteqrasiyaya yönəlib. "Infinite Reality"in baş direktoru Con Acunto-nun sözlərinə görə, "Algorand"ın blokçeyn infrastrukturu da "Napster"in cəlbediciliyini artıran amillərdən biri olub.
"Napster"in yeni sahibi böyük düşünür. Çərşənbə axşamı elan edilən alışla, "Napster" metaverseyə keçməyə hazırlaşır. "Infinite Reality" istifadəçilərin birlikdə musiqi dinləyə, konsertlərdə iştirak edə və musiqiçilərdən həm fiziki, həm də rəqəmsal məhsullar ala biləcəyi virtual 3D məkanlar yaratmağı planlaşdırır.
"The most legendary collab?! Infinite Reality has acquired iconic online music brand @Napster.
— Infinite Reality (@Infinite_iR) March 25, 2025
With this acquisition, we're expanding and reimagining Napster, empowering artists with new audience monetization and engagement capabilities, underpinned by iR’s #immersive… pic.twitter.com/L4Fig7QFct
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























