Tramp prezidenti seçiləndən sonra 3 dəfə artıb: ABŞ-ın qızıl ehtiyatları tarixi ən yüksək səviyyəyə çatıb
CME Qrupuna (CME Group) daxil olan Comex-in son məlumatlarına görə, ABŞ-da anbarlarda saxlanılan qızılın miqdarı 43,3 milyon unsiya ilə tarixi pik həddinə çatıb.
Marja xəbər verir ki, cari qiymətlərlə 135 milyard dollar dəyərində olan bu həcm, Donald Trampın ABŞ prezidenti seçildiyi noyabrda 17,1 milyon unsiya idi.
Qızıl qiymətləri yeni rekord qıraraq unsiyası 3150 dolları da keçib. 2024-cü ildə 27 faiz bahalaşan qızıl, bu il indiyədək 19 faiz dəyər qazanıb.
Trampın yeni tarifləri bazarı qarışdırıb
Mənbələr ABŞ-a qızıl tədarükünün hələ də davam etdiyini bildirirlər. Prezident Donald Tramp çərşənbə günü "Azadlıq Günü" adlandırdığı böyük tarif planını elan edəcəyini açıqladıqdan sonra investorlar qızıla üz tuturlar.
Dünyanın ən böyük qızıl emalı və tranzit mərkəzi olan İsveçrədən hələ də müntəzəm olaraq ABŞ-a qızıl göndərilir. "Hər gün ABŞ-a qızıl göndərilir" - deyə İsveçrə neft emalı zavodunun rəsmisi bildirib.
Comex ehtiyatları ABŞ-ın 5 illik istehlakına bərabərdir. Dekabr-mart ayları arasında Comex-ə 25,4 milyon unsiya qızıl təhvil verilib və bu daşınmaların ümumi dəyəri 79 milyard dollara çatıb. Artan ABŞ idxal tarifi riskləri Comex qızıl fyuçersləri ilə London spot qiymətləri arasındakı "uçurumu" genişləndirərək, yığımı təşviq edib. ABŞ-dakı Comex qızıl ehtiyatları indi ölkənin ümumi qızıl istehlakının beş illik həcminə bərabərdir.
“Hazırda heç kimin ABŞ-dan qızıl ixracına başlayacağını düşünmürəm” - Londonda yerləşən BullionVault şirkətinin tədqiqat rəhbəri Adrian Ash deyib. "Lakin ABŞ qızılı idxal tariflərindən azad edərsə, bu tendensiya geri dönə bilər", - o əlavə edib.
London qızıl ticarəti üçün əsas mərkəz olaraq qalır.
London Külçə Bazarı Assosiasiyası (LBMA) fevralın sonuna qədər London anbarlarında 8,477 metrik ton qızıl olduğunu açıqlayıb. Bu məbləğ Comex-də saxlanılan qızılın altı qatına bərabərdir. Analitiklərin fikrincə, London hələ də qlobal qızıl qiymətlərinin müəyyən edilməsində əsas mərkəz olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























