Tənəzzül ilə bağlı narahatlıqlar artdığından neft ucuzlaşır
Səudiyyə Ərəbistanı may ayında Asiyaya satılacaq xam neftin qiymətini dörd ayın ən aşağı səviyyəsinə endirdiyi üçün neft daha ucuzlaşıb.Səudiyyə Ərəbistanının Çin üçün xam neftin qiymətini azaltmasından sonra neft daha da ucuzlaşıb. Ticarət müharibəsi qlobal iqtisadi tənəzzül və neftə tələbin azalacağı ilə bağlı narahatlıqları artırıb.
Marja xəbər verir ki, Brent markalı neft həftənin ilk günündə 2,7 faiz ucuzlaşaraq 63,01 dollara düşüb, ABŞ xam nefti isə 60,63 dollar ətrafında satılır. Saudi Aramco may ayında Arab Light markalı nefti Asiyada ən böyük alıcılarına gözlənildiyindən daha çox aşağı qiymətlərə satacaq. Bu, OPEC+-ın təəccüblü dərəcədə böyük hasilat artımını elan etməsindən bir neçə gün sonra baş verib.
"Bazarlar hələ də həftəyə çaxnaşma içində başlayır. Heç kim "dib" seçməyə cəsarət etmir və satış sunamisini dayandıra bilməz", - Vanda Insights-ın Sinqapurdakı təsisçisi Vandana Hari deyib.
Neft, ABŞ Prezidenti Donald Trampım idxala əlavə vergilər tətbiq etdikdən sonra ucuzlaşıb. Xam neftin ucuzlaşması OPEC+ ittifaqının hasilatı gözləniləndən daha çox artırmaq barədə sürpriz addımı ilə daha da ağırlaşıb. İqtisadi vəziyyət pisləşəcəyindən neftə tələbin azalacağı və əlavə hasilatın qlobal neft bolluğuna səbəb olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















