ABŞ prezidenti Tramp Çini 50% əlavə vergi tətbiq etməklə hədələyib
Donald Tramp, ABŞ-dan qisas alan hər hansı bir ölkənin dərhal daha yüksək tariflərlə üzləşəcəyi barədə xəbərdarlığını xatırladıb.
Marja xəbər verir ki, Tramp, Çinin ABŞ-a "rekord yüksək" tariflərinə, qeyri-monetar tariflərinə, şirkətlərin subsidiyalaşdırılmasına və uzunmüddətli əsas valyuta manipulyasiyasına cavab olaraq, artıq 34 faizlik cavab tarifi elan etdiyinə diqqət çəkib və qeyd edib:
"Çin uzun müddətdir davam edən ticarət pozuntularına görə sabaha qədər ABŞ-a cavab olaraq tətbiq etdiyi 34% tarifi (gömrük rüsumunu) geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50% tarif tətbiq edəcək. Bundan əlavə, Çinlə tələb etdikləri danışıqlarla bağlı bütün danışıqlar dayandırılacaq."
Tramp danışıqları tələb edən digər ölkələrlə dərhal danışıqlara başlayacağını bildirib.
Qeyd edək ki, ABŞ Çinədən idxala 20% tarif tətbiq edirdi. Aprelin əvvəlindən əlavə 34% tarif tətbiq edib və ümumi tarif nisbəti 54%-ə yüksəlib. Əgər Tramp əlavə 50% də tarif elan edərsə, bu zaman ABŞ Çindən idxala 104% tarif tətbiq etmiş olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























