ABŞ Çin üçün tarifləri 125%-ə qaldırdı
ABŞ, Çin xaric bir çox ölkə üçün tarifləri 90 gün müddətinə dayandırıb.
ABŞ prezidenti Donald Tramp onunla əlaqə saxlayan və cavab tədbirləri görməyən 75-dən çox ölkə üçün əlavə rüsumların tətbiqini 90 günlük dayandırdığını elan edib.
“Bu ölkələr Birləşmiş Ştatlara qarşı heç bir şəkildə qisas almadığına görə, mənim təklifimlə, mən tariflərə 90 günlük "pauza" verdim”, - deyə Tramp bildirib.
Tramp Truth Social hesabındakı paylaşımında bu ölkələrin yalnız 10 faiz vergi ödəyəcəyini bildirib.
Tramp Çinə tətbiq edilən tarifləri 125 faizə qaldırdıqlarını açıqlayıb. “Hansısa məqamda, ümid edirəm ki, yaxın gələcəkdə Çin başa düşəcək ki, ABŞ və digər ölkələri aldatmaq artıq davamlı və məqbul deyil”, - Tramp bildirib.
ABŞ prezidenti Donald Tramp Çin mallarına rüsumları hörmətsizlik səbəbilə 125%-ə qaldırıb.
XXX
ABŞ prezidenti Donald Tramp cavab tədbirləri görməyən ölkələr üçün tarifləri (gömrük rüsumlarını) 90 gün təxirə saldığını elan edib. Bu müddət ərzində 10% səviyyəsi bütün ölkələrə şamil olunacaq. Lakin ABŞ Çin üçün tarifləri 125%-ə qaldırıb.
Dünya iqtisadiyyatının 2 bloka bölünməsi uzunmüddətli qlobal ÜDM-in təxminən 7% azalmasına səbəb ola bilər.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri bu barədə Trampın Çindən idxal edilən mallara 125% rüsum tətbiq etməsini açıqlaması fonunda xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























