"AFB Bank" böyüyüb, ilk rübü xalis mənfəət ilə bağlayıb
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə (yanvar-mart) "AFB Bank"ın cəmi aktivləri 4 milyon 417 min manat artaraq 31 mart 2025-ci il tarixində 299 milyon 585 min manata çatıb. O cümlədən, Bankın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3 milyon 749,6 min manat artaraq 186 milyon 841 min manata yükəlib.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin sonu ilə müqayisədə "AFB Bank"ın istehlak kreditləri portfeli 1 milyon 250 min manat artaraq 23 milyon 13 min manata, biznes kreditləri portfeli 3 milyon 876 min manat artaraq 93 milyon 932 min manata qalxıb, ipoteka kreditləri portfeli isə 1 milyon 377 min manat azalaraq 69 milyon 896 min manata düşüb.
İlk rübdə "AFB Bank"da hüquqi şəxslərin (şirkətlərin) depozitləri 8 milyon 712 min manat artaraq 31 mart 2025-ci il tarixində 81 milyon 587 min manat təşkil edib.
31 mart 2025-ci il tarixində "AFB Bank" 77 milyon 409 min manat məcmu kapitala malik olub.
1 MİLYON MANATDAN ÇOX ƏMƏLİYYAT MƏNFƏƏTİ ƏLƏ EDİB
"AFB Bank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 2 milyon 322 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 458 min manat xalis zərər ilə bağlamışdı.
"AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2024-cü ilin ilk rübündə 8 milyon 90 min manat ikən, 2025-ci ilin ilk rübündə 7 milyon 835 min manat təşkil edib (255 min manat və ya 3,2% azalıb).
"AFB Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin ilk rübündə 5 milyon 668 min manat ikən, 2025-ci ilin ilk rübündə 6 milyon 747 min manat təşkil edib (1 milyon 79 min manat və ya 19% artıb).
Göründüyü kimi, 2025-ci ilin ilk rübündə "AFB Bank"ın əməliyyat gəlirlərinin 255 min manat azalmasına qarşılıq, əməliyyat xərcləri 1 milyon 79 min manat artıb.
2025-ci ilin 1-ci rübündə 1 milyon 88 min manat əməliyyat mənfəətindən əlavə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 1 milyon 234 min manatı mənfəətə əlavə edilib və "AFB Bank" ilk rübü 2 milyon 322 min manat xalis mənfəət ilə bağlayıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin qayıtması Bankın gözlədiyi zərərin azaldığına işarədir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk rübündə "AFB Bank" 2 milyon 422 min manat əməliyyat mənfəəti əldə etməsinə baxmayaraq, 2 milyon 879 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı üçün həmin dövürü 458 min manat zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 15 saat sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
3 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır















.jpg)



