Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı
ABŞ ilə ticarət gərginliyindən sonra Avropa İttifaqı (Aİ) Komissiyası Avrozonada bu il iqtisadi artım proqnozunu 1,3 faizdən 0,9 faizə, gələn il üçün isə 1,6 faizdən 1,4 faizə endirib.Avropa İttifaqı (Aİ) Komissiyası “Avropanın İqtisadi Proqnozları - 2025-ci il, Yaz” hesabatını dərc edib.
“Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində orta artım” başlıqlı hesabatda Avropa İttifaqı (Aİ) iqtisadiyyatının 2025-ci ilə gözlənildiyindən daha güclü əsaslarla başladığı, bu il artımın orta səviyyədə davam edəcəyi, qlobal siyasətdə qeyri-müəyyənlik və ticarət gərginliyinin artmasına baxmayaraq, artımın davam etməsinin gözlənildiyi qeyd edilib.
Hesabatda Aİ iqtisadiyyatının 2025-ci ildə 1,1 faiz, 2026-cı ildə 1,5 faiz, Avrozona iqtisadiyyatının isə 2025-ci ildə 0,9 faiz, 2026-cı ildə isə 1,4 faiz artacağı proqnozlaşdırılıb.
Aİ Komissiyasının əvvəlki “payız” hesabatında Aİ-nin 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə 1,8 faiz, Avrozonada isə 2025-ci ildə 1,3 faiz, 2026-cı ildə isə 1,6 faiz artacağı təxmin edilirdi.
Son hesabatla Aİ-nin 2025 və 2026-cı illər üçün artım proqnozları aşağıya doğru yenidən nəzərdən keçirilib. Avrozonanın artım proqnozu da 2025-ci il üçün 0,4 faiz, 2026-cı il üçün isə 0,2 faiz bəndi aşağı salınıb.
"Artım proqnozları əhəmiyyətli dərəcədə aşağıya doğru yenidən nəzərdən keçirilib. Bu, qlobal ticarətin zəifləməsi və ticarət siyasəti ətrafında yüksək qeyri-müəyyənlik ilə bağlıdır", - hesabatda deyilir.
Hesabatda Avstriya iqtisadiyyatının bu il 0,3 faiz kiçiləcəyi, Almaniya iqtisadiyyatının artmayacağı, Fransanın 0,6 faiz, İtaliyanın 0,7 faiz, İspaniyanın isə 2,6 faiz artacağı proqnozlaşdırılır. Gələn il Almaniyanın 1,1 faiz, Fransanın 1,3 faiz, İtaliyanın 0,9 faiz, İspaniyanın isə 2 faiz artacağı proqnozlaşdırılır.
Hesabatda bu il AB-də inflyasiyanın 2,3 faiz, Avro Bölgəsində isə 2,1 faiz olacağı, 2026-cı ildə isə inflyasiyanın Aİ-də 1,9 faiz, Avro Bölgəsində isə 1,7 faiz olacağı təxmin edilib.
Dünyanın ABŞ-ın ticarət siyasətindəki proteksionist dəyişikliyə hazır olmadığı qeyd edilən hesabatda, 2 apreldə açıqlanan tarif artımlarının qlobal iqtisadiyyatda şok dalğalarına səbəb olduğuna diqqət çəkilib.
Hesabatda maliyyə bazarlarının sərt reaksiyasından sonra tariflərin dayandırıldığı xatırladılıb və ABŞ-ın ticarət siyasətinin qeyri-müəyyənliyə səbəb olduğu bildirilib.
Hesabatda “Qlobal ticarətin daha da parçalanmasının iqtisadi artımı zəiflədə və inflyasiya təzyiqlərini yenidən artıra biləcəyi” qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























