BVF: Azərbaycanın Mərkəzi Bankı maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır
Beynəlxalq Valyuta Fondu Azərbaycanın bank sektorunda aparılan islahatları və dövlət maliyyə sisteminin şəffaflaşdırılması istiqamətindəki addımları yüksək qiymətləndirirBeynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Rouz Bordonun AZƏRTAC-a verdiyi müsahibədə Azərbaycanın iqtisadi inkişafı, maliyyə sektorunda dayanıqlılıq və struktur islahatlarının əhəmiyyəti yüksək dəyərləndirilib.
Müsahibədə xüsusilə Azərbaycan Mərkəzi Bankının roluna, bank sektorunun sabitliyinə və dövlət maliyyəsinin şəffaflığına dair müsbət fikirlər diqqət çəkir.
BVF-nin fikrincə, Azərbaycan Mərkəzi Bankı son illərdə maliyyə sektorunun tənzimlənməsi və risklərin idarə olunması sahəsində mühüm addımlar atıb. Prudensial nəzarət mexanizmlərinin gücləndirilməsi, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi və maliyyə sabitliyinə xidmət edən siyasətlərin həyata keçirilməsi nəticəsində ölkənin bank sektoru ümumilikdə dayanıqlı və etibarlı olaraq qalır.
BVF həmçinin dövlət maliyyə şəffaflığının artırılması sahəsindəki təşəbbüsləri alqışlayır. Fiskal risklərin qiymətləndirilməsi, büdcə qaydalarının təkmilləşdirilməsi və şəffaf hesabatlılıq Azərbaycanın beynəlxalq imicini dəstəkləyən addımlar kimi qiymətləndirilir. Bu istiqamətdə görülən işlər nəticəsində Azərbaycan 2023-cü ildə Açıq Büdcə Tədqiqatında 125 ölkə arasında 23-cü yeri tutub – bu da dövlət büdcə prosesində şəffaflığın ciddi şəkildə irəlilədiyini göstərir.
Eyni zamanda, müsahibədə Azərbaycanın kifayət qədər maliyyə ehtiyatına malik olduğu və BVF-nin kredit proqramına ehtiyac duymadığı xüsusi vurğulanır. Bu, ölkənin maliyyə sabitliyinə, makroiqtisadi idarəetmədə müstəqil qərarvermə imkanlarına və fiskal dayanıqlığına güclü inamın göstəricisidir.
BVF Azərbaycanda davam edən rəqəmsal islahatları, vergi inzibatçılığı və dövlət satınalmalarında rəqəmsal həllərin tətbiqini dəstəklədiyini, bu sahələrin fiskal şəffaflığı artırmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı da genişləndirdiyini bildirir.
Fond, Azərbaycanın neft-qazdan kənar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində atdığı addımları mühüm hesab edir, lakin daha geniş islahatlara ehtiyac olduğunu da qeyd edir – xüsusilə dövlət müəssisələrinin transformasiyası və özəl investisiyaların təşviqi sahəsində.
BVF ilə Azərbaycan arasında əməkdaşlıq IV maddə üzrə məsləhətləşmələr, texniki yardım və strateji tövsiyələr çərçivəsində davam etdirilir. Müsahibədə göstərilir ki, bu əməkdaşlıq davamlı iqtisadi artımı dəstəkləmək və makroiqtisadi sabitliyi qorumaq məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























