Kapital Bank-dan daha bir xəbərdarlıq: Saxta lotereya və mükafat yalanlarına inanmayın ®
Kiberdələduzluq internet və rəqəmsal platformalar üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir. Müasir dövrün cinayət əməllərindən biri olan kiberdələduzluğun üsulları olduqca çoxdur, xüsusən də sosial şəbəkələrdə. Kapital Bank hər kəsi bu dələduzlq üsullarını bilməyə və diqqətli olmağa çağırır.
Saxta lotereyalar, oyunlar və mükafatlar: Brendlər adına yaradılan saxta lotereya, kampaniya səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin dizyanında brendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani diqqətsizliklə dələduzların toruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq şansı əldə etdiyini düşünənlər reklam edilən keçidə daxil olub kart məlumatlarını qeyd edirlər. Daha sonra isə həmin kartlarda olan vəsaitlər mənimsənilir. Odur ki, sosisl şəbəkələrdə qarşılaşılan reklamlara, səhifələrə olduqca diqqətli yanaşmaq lazımdır. Bunun üçün həmin şirkətin təsdiq edilmiş sosial şəbəkə hesablarına və ya veb-saytına baxmaq kifayətdir. Xüsusən qeyd etmək lazımdır ki, bankların həyata keçirdiyi kampaniya və lotereyalar zamanı müştərilərdən qeydiyyat tələb edilmir.
Belə ki, bu zaman kampaniya və ya lotereyanın şərtlərinə cavab verən istifadəçilər müştəri davranışlarına əsasən avtomatik olaraq iştirak şansı qazanırlar. https://kbl.az/kbcf
Saxta iş təklifləri: Bu zaman iş axtaran insanlara yüksək maaşlı, asan və ya evdən işləmək vədi ilə saxta iş təklifləri olunur və onlardan CV-ləri, şəxsi məlumatları, bəzənsə ilkin ödəniş tələb edilir. Bu, həm şəxsi məlumatları toplamaq, həm də qarşı tərəfi inandırmaq məqsədi daşıyır. İlk əlaqəyə keçdikdən sonra namizədlərə tapşırıq məqsədi ilə layihə göndərilir. Dələduzlar həmin faylla birgə hədəf şəxsin kompüterinə və ya mobil cihazına gizli kodları özündə daşıyan zərərli proqramlar yükləyirlər. Kodlar cihaza sahibinin xəbəri olmadan uzaqdan nəzarət etmək imkanı verir. Əsas məqsəd qurbanın brauzerindəki hesablardan şəxsi məlumatları oğurlamaqdır. Bu səbəbdən də şübhəli iş təkliflərinə qarşı diqqətli olmaq vacibdir.
Ani diqqətsizlik hər kəsi kiberdəluzluğun qurbanına çevirə bilər. Odur ki, hər kəs real həyatda şəxsi təhlükəsizliyini qoruduğu kimi rəqəmsal dünyada da özünü qorumalıdır. Bunun üçün şəxsi məlumatları, kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməmək, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamaq lazımdır. Kiberdələduzlar öz niyətlərini həyata keçirmək üçün hipnoz, yalan, manipulyasiya kimi bir çox üsullardan istifadə edirlər. Odur ki, hər kəsin bu mövzuda məlumatlı və diqqəli olması, eləcə də digər şəxsləri də məlumatlandırması olduqca vacibdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
4 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
5 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
6 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti





















