Neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə çatıb
Neft qiymətləri Yaxın Şərqdəki gərginlik fonunda yanvar ayından bəri ən yüksək həddə çatıb.ABŞ-ın ötən həftə sonu İranın nüvə obyektlərinə zərbə endirməsi tədarüklə bağlı narahatlıqları artırdığı üçün neft qiymətləri bazar ertəsi yanvar ayından bəri ən yüksək səviyyəyə qalxıb.
Marja xəbər verir ki, Brent markalı neft 2,49 faiz bahalaşaraq barreli 78,93 dollara, ABŞ xam nefti isə 2,56 faiz artaraq barreli 75,73 dollara çatıb.
Qiymətlərin artması ABŞ prezidenti Donald Trampın həftə sonu İranın əsas nüvə obyektlərini “məhv etdiyini” elan etməsindən sonra baş verib. ABŞ-ın İsrailin hücumuna qoşulması və Tehranın özünü müdafiə edəcəyinə bəyan etməsi Yaxın Şərqdəki münaqişəni gücləndirib.
İran OPEC-in üçüncü ən böyük xam neft istehsalçısıdır. Bazar iştirakçıları, İranın cavab tədbirinin Hörmüz boğazını bağlaya biləcəyi qorxusu fonunda neft qiymətlərinin daha da artacağını gözləyirlər.
Qlobal bankdan yeni proqnoz - Neftin qiyməti 110 dollara çata bilər
Qlobal investisiya bankı “Goldman Sachs” Hörmüz boğazında mümkün fasilə səbəbindən qlobal enerji təchizatında artan risklərə diqqət çəkib. Bank bu vəziyyətin neft və təbii qaz qiymətlərində ciddi artımlara səbəb ola biləcəyini gözləyir.
Banka görə, Hörmüz boğazından neft axını bir ay ərzində iki dəfə azalarsa Brent markalı neftin qiyməti qısa müddət ərzində bir barel üçün 110 dollara çata bilər.
Goldman bildirir ki, bu yüksəlişdən sonra qiymətlər mülayim səviyyəyə qayıdacaq və Brent markalı neft 2025-ci ilin dördüncü rübündə orta hesabla 95 dollar civarında olacaq.
Həmçinin Goldman bildirib ki, bazarlar hazırda İranın 2025-ci ildə Hörmüz boğazını bağlayacağı ehtimalını 52% qiymətləndirir. Bundan əlavə, bank qeyd edib ki, İranın gündəlik neft tədarükünün 1,75 milyon barrel azalması Brent neftin qiymətini 90 dollar civarına çatdıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























