Neft "OPEC+"ın qərarından sonra ucuzlaşıb
Neft OPEC+-ın hasilatı gözləniləndən daha çox artırmaq qərarından sonra ucuzlaşıb.Neft qiymətləri ucuzlaşmaqda davam edib.
Marja.az xəbər verir ki, "OPEC+"ın hasilatı gözlənildiyindən daha çox artırmaq qərarı və ABŞ-ın gömrük vergiləri (tarifləri) neftə tələb ilə bağlı narahatlıqları daha da artırıb.
Brent markalı neft cümə günü 0,7 faiz ucuzlaşdıqdan sonra 1,6 faiz ucuzlaşaraq barreli 68,05 dollar olub (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). ABŞ xam nefti (WTI) 66 dollardan aşağı düşüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qrup şənbə günü gündəlik hasilatı 548 000 barel artırmağa razılaşaraq, OPEC+-ın hasilatın azaldılmasının son raundunu planlaşdırılandan bir il əvvəl dayandırıb.
Bu addım həm də ABŞ prezidenti Donald Trampın yanacağın qiymətinin aşağı salınması ilə bağlı çağırışlarına cavabdır.
Neft bazarı son həftələr İsrail və İran arasındakı münaqişədən sonra qeyri-sabitdir. Kövrək atəşkəs artıq qüvvədədir və bazarın diqqəti yenidən OPEC+ təchizatı və ABŞ ticarət siyasətinə yönəlib. Ticarət katibi Howard Lutnick-in sözlərinə görə, Tramp-ın fərdi tarifləri avqustun 1-dən qüvvəyə minəcək və ticarət tərəfdaşlarına əvvəllər təyin edilmiş 9 iyul tarixi ilə müqayisədə bir müddət "istirahət verəcək".
OPEC+ daha əvvəl may, iyun və iyul ayları üçün gündəlik 411 min barel artımlar açıqlamışdı. Bazar oyunçuları avqust ayında da oxşar artım gözləyirdilər. Lakin yeni artım, bazar payını bərpa etmək üçün qrupun illərdir davam edən tədarükün məhdudlaşdırılması strategiyasının kəskin dəyişikliyi göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























