Azərbaycanın Avropa Bankından cəlb etdiyi borc 13 %-dən çox azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 4,6 %-i və ya 232,8 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB, EBRD) cəlb edilmiş öhdəliklərin payına düşüb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % azdır.
Azərbaycanın Asiya İnfrastruktur və İnvestisiya Bankından borclanmanı 16 % azaldıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 1,7 %-i və ya 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % azdır.
Azərbaycanın Dünya Bankına borcu 18 %-ə yaxın azalıb
Azərbaycanın Dünya Bankına borcu 18 %-ə yaxın azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 14,7 %-i və ya 738,6 milyon dolları Dünya Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % azdır.
Azərbaycanın Asiya İnkişaf Bankına borcu 7 %-ə yaxın azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 34,9 %-i və ya 1 748 milyon dolları Asiya İnkişaf Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır.
Azərbaycan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən borclanmanı 8 % artırıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 3,3 %-i və ya 167,8 milyon dolları Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.
Azərbaycanın İslam İnkişaf Bankından cəlb etdiyi borc 10 %-dən çox azalıb
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 4,9 %-i və ya 245,4 milyon dolları İslam İnkişaf Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır.

© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























