Draghi etiraf etdi, Bitcoin bahalaşdı
Çinin virtual pullara mane olma cəhdlərinə qarşı, Bitcoin-in qiyməti bu gün yenidən 4100 dolları keçib.
"Marja" xəbər verir ki, bu yüksəlişin səbəblərindən biri isə Avropa Mərkəzi Bankının sədri (ECB) Mario Draghi-nin verdiyi açıqlama olub.
"CoinTelegraph"ın xəbərinə görə, Draghi etdiyi bir çıxışda Bitcoini qadağan etməyin və ya ona nəzarət etməyin bir yolu olmadığını deyib.
Çinin virtual pullara tətbiq etdiyi qadağalar ilə bağlı ona verilən suala Draghi, "Açığı bunları [virtual pullar] qadağan edəcək və ya nəzarət edəcək gücümüz yoxdur. Burada əsas sual bu pulların iqtisadiyyata necə təsir edəcəyidir", -şəklində cavab verib.
Bitcoinin yenidən yüksəlişə keçməsinə səbəb olan digər bir hadisə də Yaponiyadakı bankların yeni bir virtual pul vahidi inkişaf etdirmək üçün işə başladığına dair xəbərlər olub.
Bitcoin bu dəqiqələrdə gündəlik əsasda 3 faiz artımla 4070 dollardan, dünyanın ən böyük ikinci virtual pul vahidi Etheryum isə 1 faiz artımla 295 dollardan ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
- 25 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























