Rusiya banklarında dollar qıtlığı yaranıb
Rusiya bankları Mərkəzi Bankdan (Rusiya Bankı) svop əməliyyatlar vasitəsilə tarixi rekord həcmdə valyuta cəlb edib.
"RBC" agentliyi xəbər verir ki, belə bir vəziyyətin yaranması banklarda olan valyuta qıtlığından xəbər verir. Ekspertlər valyutaya tələbin davam edəcəyini və dolların bahalaşacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının sentyabrın 26-da yaydığı məlumata əsasən, banklar valyuta svopu vasitəsilə 1,5 mlrd. ABŞ dolları həcmində vəsait cəlb edib. Avstriya "Raiffeisen Bank"ının Moskva ofisinin analitiki Denis Porıvay hesab edir ki, hazırda banklarda valyuta ehtiyatı sıfıra bərabərdir.
"Metalinvestbank"ın Valyuta və pul bazarı əməliyyatları Departamentinin rəhbəri Sergey Romançuka görə isə, svop əməliyyatlarında həcmin artması Rusiyadan valyuta axını davam edir. Müxbir hesablarda olan sərbəst valyuta resursları isə sürətlə azalır və müştərilərin tələblərini yerinə yetirməyə çatmır.
Xatırladaq ki, “valyuta svopu” eyni məbləğdə, lakin hazırlanma tarixi müxtəlif olan xarici valyutanın alqı-satqısında iki müqabil əqdi nəzərdə tutur. Bu maliyyə alətini Rusiya Mərkəzi Bankı 2014-cü ilin sentyabrından tətbiq edir.
D.Porıvay həmçinin bildirib ki, valyuta ehtiyatlarının azalması mart ayından başlayıb. Martda bankların valyuta likvidliyi 1,6 mlrd., apreldə 3,7 mlrd., mayda 4,3 mlrd., iyunda 0,7 mlrd., iyulda 3,2 mlrd. dollar azalıb. Analitik bildirib ki, ilin sonuna qədər valyutaya tələb azalmayacaq. Belə ki, son rübdə şirkətlərin xarici borc ödənişlərinin həcmi 28 mlrd. dollar təşkil edir və bunun əksər hissəsi dekabr ayında gözlənilir.
"Rosbank"ın proqnozuna görə, ilin sonuna dolların məzənnəsi 60,3 rubl səviyyəsində olacaq. Hazırda Rusiyanın nağd valyuta bazarında dollar 58,2 rubla satılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























