Səudiyyə Ərəbistanı ABŞ-ın şist neftindən narahat deyil
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Rusiyanın paytaxtı Moskvada keçirilən "Rusiya Enerji Həftəsi 2017" Forumunda neft bazarına dair açıqlamalar verib.
"Marja" xəbər verir ki, Xalid Əl-Falih, gələn il ABŞ-dan bazara daha çox şist nefti daxil olmasının problem yaratmayacağını bildirərək, "OPEC üzvləri və Rusiya daxil olmaqla 24 ölkənin iştirakı neft hasilatının azaldılmasına dair bağlanmış müqavilələr bazarların sabitliyə qovuşmasına kömək oldu", - deyib.
Qlobal neft tələbatının artdığına işarə edən Əl-Falih, "Gələn il ABŞ-dan bazara daha çox daxil olacaq şist nefti məni narahat etmir. Tələbatın yüksəldiyi bir şəraitdə bunu məmnuniyyətlə qarşılayıram. Bazar bunu "həzm" edə biləcək",- deyib.
Əl-Falih, OPEC üzvü olan və olmayan ölkələrin əməkdaşlığı ilə neft bazarında tarazlığın təmin olunduğunu qeyd edərək, "Qlobal neft hasilatının azaldılmasına dair bağlanmış müqavilələr bazarların sabitliyə qovuşmasına yardım etdi. Rəqəmlər hər şeyi göstərir. Hasilatda sabit azalmaları gördük. Qlobal bazarlarda neft tələbi sağlamdır və 2018-də də belə olacağını düşünürəm" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI






























