Dünyada işsizlərin sayı 200 milyonu keçdi
Beynəlxalq Əmək Təşkilatı (BƏT, ILO) "2017 Dünyada Məşğulluq və Sosial Mənzərə" hesabatını yayımlayıb.
"Marja" hesabata istinadən xəbər verir ki, 2003-2016- da kiçik və orta sahibkarlığın (KOS) yaratdığı iş yerlərinin sayı 2 dəfə artıb və onların cəmi məşğulluqda payı 31%-dən 35%-ə yüksəlib.
İnkişaf etməkdə olan iqtisadiyyatlarda KOS-lar ümumi məşğulluğun 52%-ni yaradarkən, inkişaf etmiş iqtisadiyyatlarda bu nisbət 41 faizdir.
BƏT qlobal işsizlik nisbətinin 2017-də 5,8 faiz olduğunu və bu nisbətin yaxın perspektivdə düşməyəcəyi barədə xəbərdarlıq edib.
Qlobal səviyyədə işsizlərin sayının 201 milyonu keçdiyi məlumatı verilən hesabatda, 2016-cı illə müqayisədə 3,4 milyon artım qeyd edildiyi də vurğulanıb.
Hesabatda, 2016-da özəl sektorun dünya miqyasında 2,8 milyard nəfəri işlə təmin etdiyi və ümumi məşğulluğun 87%-ni təmsil etdiyi bildirilib.
Hesabatda həmçinin, son illərdəki bütün irəliləyişlərə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə təxminən 780 milyon işçinin hələ də "ifrat" və ya "orta dərəcədə" yoxsulluq şəraitində yaşadığı qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























