“Kapital Bank” gəlir və mənfəətini açıqladı
“Kapital Bank” ASC 2017-ci ilin 9 ayını 57 milyon 636.13 min manat xalis mənfəətlə başa burub.
“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 291 milyon 45 min manat, xərcləri isə 169 milyon 927 min manat təşkil edib.
Bundan başqa "Kapital Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 47 milyon 647 min manat ayırıb. Nəticədə Bankın əməliyat mənfəəti 73 milyon 470 min manat təşkil edib.
Əməliyyat mənfəətindən 15 milyon 834 min manat mənfəət vergisi ödənilib. Nəticədə də Bankın 57 milyon 636 min manat xalis mənfəəti qalıb.
"Kapital Bank" 2016-cı ilin 9 ayını 41 milyon 511 min manat xalis mənfəətlə başa vurmuşdu.
AKTİVLƏRİ 3 MİLYARD MANATI KEÇİB
Sentyabrın 30-na “Kapital Bank” ASC-nin cəmi aktivləri 3 milyard 25 milyon 135.73 manat təşkil edib.Bu, ötən ilin sonu ilə müqayisədə 101,6 milyon manat və ya 3,3% çoxdur.
“Kapital Bank”ın aktivlərinin 40,3%-ni və yaxud 1 milyard 220 milyon 72 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 9 ayda Bankın kredit portfeli təxminən 1,4% artıb.
Sentyabrın sonuna "Kapital Bank"ın cəmi öhdəlikləri isə 2 milyard 737 milyon 465 min manat olub və bu, illik müqayisədə 7,9% çoxdur. Bankın öhdəliklərinin 81,7%-ni və yaxud 2 milyard 237 milyon 528 min manatını onun depozit portfeli təşkil edib. Son 1 ildə maliyyə qurumunun depozit portfeli 33,5% böyüyüb.
Hesabat tarixinə “Kapital Bank”ın cəmi kapitalı isə 287 milyon 671 min manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur.
"Kapital Bank" ASC-nin məcmu kapitalı 249 milyon 586.05 min manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























