Azərbaycan şirkəti “sınaq üçün” istiqraz buraxacaq
Azərbaycanın “METAK” şirkəti sınaq məqsədilə 2-3 milyon manat civarında istiqraz emissiyasını planlaşdırır.
Bunu “Marja”ya Şirkətin Maliyyə Analitikası və Planlaşdırama üzrə meneceri İsmayıl Hümbətov bildirib.
“Bu sınaq buraxılışı olacaqdır. Biz artıq hazırlıqlara da başlamışıq və növbəti aylar ərzində emissiya baş tutacaqdır".
İsmayıl Hümbətov qeyd edib ki, “METAK” şirkəti istiqrazların əhali tərəfindən alınmasının tərəfdarıdır:
“Biz bu istiqraz buraxılışı ilə kapital bazarının inkişafına öz töhfəmizi vermək istəyirik. Buraxacağımız istiqrazları almaq istəyən potensial investorlar mövcuddur, lakin biz istiqrazlarımızı xalqa satmağa üstünlük verəcəyik. İstəyirik ki, xalqımız bu emissiyadan bəhrələnsin. Eyni zamanda, istiqraz buraxmaqla faiz xərclərimizi və banklardan asıllığımızı azaltmağı hədəfləyirik. Xəclərimiz azaldığından gələcəkdə “METAK”ın mənfəəti daha da artacaqdır”.
Şirkətin əməkdaşı qeyd etdi ki, cəlb ediləcək vəsait dövriyyə vəsaitinin və uzunmüddətli kapitalın artırlmasında istifadə olunacaqdır. İlk emisiya uğurlu olarsa, gələcəkdə yeni emissiyalar həyata keçiriləcəkdir.
Qeyd edək ki, "METAK" MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
































