“AFB Bank”, problemli kreditlərin artması ilə böyük zərər edib
Çətin keçmiş 2015 və 2016-cı illərdə xalis mənfəət əldə etmiş “AFB Bank” ASC bu il zərərə keçib.
“Marja” xəbər verir ki, Bank 2017-ci ilin 9 ayını 11 milyon 312 min manat zərər ilə başa vurub. Zərərin yaranmasının səbəbi Bankın ehtiyatlara ayırmanı kəskin artırmasıdır. Bu, bankda problemli kreditlərin artdığına işarədir.
Cari ilin yanvar-sentyabr dövründə “AFB Bank”ın cəmi gəlirləri 26 milyon 555 min manat, cəmi xərcləri isə 12 milyon 562 min manat təşkil edib. Nəticədə Bank 9 ayı 13 milyon 993 min manat əməliyyat mənfəətilə başa vurub. Bank kredit və depozit itkiləri üzrə ehtiyata 25 milyon 304 min manat ayırdığından cari ilin 9 ayında 11 milyon 312 min manat zərər edib.
KAPİTALI “ƏRİYİB”
30 Sentyabr 2017-ci il tarixində “AFB Bank” 349 milyon 499 min manat cəmi aktivlərə, 281 milyon 919 min manat cəmi öhdəliklərə və 67 milyon 579.9 min manat cəmi balans kapitalına malik olub. Bu ilin Mart ayının sonunda Bankın cəmi balans kapitalı 82 milyon 173 min manat idi. Əsasən yaranmış zərər ilə bağlı olaraq bankın kapitalı azalıb.
“AFB Bank” ASC-də müştərilərə verilmiş kreditlər ötən ilin sonundakı 193,7 milyon manat səviyyəsindən 219 milyon 882 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























